“Texnologiya alındığı zaman mədəniyyət də alınırmı?”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Texnologiya alındığı zaman mədəniyyət də alınırmı” adlı analitik yazısı

“Texnologiya alındığı zaman mədəniyyət də alınırmı?”

Həftənin analizi/36

Türkiyə və İslam dünyasında mədəniyyət, kültür, texnologiya kimi məfhumlar və bu məfhumlara necə yanaşılacağı iki yüz ildir mübahisə olunur. Texnologiyaya dair mübahisələr yaxın dövrdə artıb. Texnologiyanın sadəcə texnologiya olmadığı, texnologiya ilə mədəniyyət də daxil xeyli istənməyən şeylərin də gələcəyi, həmin səbəbdən texnologiyadan uzaq dayanılmasına dair düşüncələr irəli sürülür.

Qərbdən nə almaq lazımdır?

İlk olaraq mübahisənin yeni və sadəcə texnologiyaya dair olmadığını qeyd edək. Mübahisə əsasən Qərbdən nə alınacağı/ alınmayacağı mübahisəsinin davamıdır.  Mövzu Osmanlı dövründə maddi inkişaf-əxlaqi inkişaf, (Said Halim paşa) hars mədəniyyət, (Ziya Gökalp) həqiqi mədəniyyət-sənaye mədəniyyəti (Calal Nuri) kimi fərq və məfhumlarla, müxtəlif yazıçılar tərəfindən intensiv şəkildə mübahisə olunub.

Mübahisənin çərçivəsini Akifin şerinin müəyyən etdiyini söyləyə bilərik.

“Alın elmini qərbin, alın sənətini

Verin həm də işinizə son sürətini

Çünki mümkün deyil artıq yaşamaq bunlarsız

Çünki milliyyəti yox sənətin elmin yalnız”

Məşrutə dövründəki bəzi Türkçü mütəfəkkirlərin, xüsusilə islamçı mütəfəkkirlərin mövqeləri Qərbin elminin alınması amma əxlaqının və özünə məxsus mədəniyyətinin alınmaması tərzində yekunlaşdırıla bilər. (Bu barədə ““Qərbə dair üç ayrı yanaşma”” başlıqlı məqaləyə baxa bilərsiniz)

Daha sonra isə Akif və digərləri Qərbi kifayət səviyyədə başa düşə bilməməkdə tənqid ediliblər. Əslində Akifə haqsızlıq edilib deyə bilərik. Çünki Akifin aşağıdakı tənqidləri nəzərdə tutmadığı fikirləşilə bilər.

Texnologiya-Mədəniyyət əlaqəsi

Texnologiya şübhə yoxdur ki, istehsal olunduğu cəmiyyətin mədəniyyətini əks etdirir. İnsanı yenidən yaratmağı planlaşdıran süni intellekt daxilində olduğu mədəniyyətdən ayrı düşünülə bilərmi? Qərb mədəniyyətindən söhbət getmir. Artıq bu cür texnologiyalar Çin kimi Qərbdən başqa cəmiyyətlərdə də istehsal olunur. Bundan başqa sadəcə düşmən ordularını deyil, atıldığı bölgədəki yüz minlərlə mülki vətəndaşı, bitkiləri canlı növlərini məhv edən, yaratdığı təxribata görə atıldığı yerlərdə heç nə bitməyən hala gətirən atom bombası onu Yaponiyaya atan düşüncədən ayrı düşünülə bilərmi?

Bu anlayışa qarşı Qanuni Sultan Süleymanın baxışı fərqli bir texnologiya-mədəniyyət əlaqəsinə nümunə kimi göstərilə bilər. Qanuni sarayın bağçasındakı qarışqaların ağacları qurutmasından narahatdır. Lakin qarışqaların da canının olduğunu fikirləşərək, vəziyyəti bir şerlə Şeyxülislam Əbussuud Əfəndiyə sual edir:

“Meyvə ağaclarını bürüyən qarışqa

Zərər varmı qarışqanı incidincə”

Əbussuud Əfəndinin yenə şerlə verdiyi cavab fərqli bir texnologiya-mədəniyyət əlaqəsinin dəqiq bir cavabı kimidir:

“Sabah Haqqın divanına gələndə

Süleymandan haqqını alır qarışqa”

İki baxışın da istehsal edəcəyi texnologiya və bu texnologiyanın insanlığı aparacağı yer şübhə yoxdur ki, fərqli olacaqdır.

Texnologiya ilə gələn yadlaşma da barəsində müzakirə aparılacaq mövzulardan biridir.

Hansı texnologiya?

Texnologiyanın şübhə yoxdur ki, mədəniyyətlə əlaqəli olmaqla yanaşı fərqli mədəniyyətlərin bütün texnoloji istehsalatların pis olduğunu düşünmək yekun şəkildə bunu qəbul etməmək kimidir. Hər mədəniyyət həyatın adi axarında özünün ehtiyaclarını ödəyə biləcək texnoloji ehtiyacları da ortaya çıxarır. Nəyin ehtiyac olduğu mübahisə oluna bilər. Amma insan ehtiyaclarının fərqli mədəniyyətlərdə bir-birlərilə heç üst-üstə düşmədiyi söylənə bilməz. Bu səbəbdən gündəlik həyatda hər mədəniyyətdən insan oxşar texnologiyaları istifadə edir.

Həmin səbəblərlə fərqli mədəniyyətlərlə istehsal olunan texnologiyalara topdan və rədd edən bir yanaşma ilə baxıla bilməz. Öz ənənə, mədəniyyət və mədəniyyət kodlarımız çərçivəsində seçim edən bir düşüncəyə sahib olmaqdan daha təbii bir yanaşma ola bilməz. 

“Elm Çində də olsa gedib alın”, “Hikmət möminin itmiş malıdır”, “Düşməninizin silahları ilə silahlanın”, “Güclü müsəlman zəif müsəlmandan daha xeyirlidir” hədislərilə bizə texnologiya  mövzusunda həm əlaqədar, həm də diqqətli olmağımızın vacibliyini nəsihət edir.

Nə təklif edilir?

Texnologiyaya şübhəçi yaxud mənfi yanaşanlar əleyhində olmaqdan savayı konkret nümunələr ortaya qoya bilmirlər. Ümumilikdə Qərb texnologiyası Qərbi var edən düşüncənin davamı kimi görülür, Qərb inancı, fəlsəfəsi, elmilə bir bütün qəbul edilir. Bu tənqidçi baxış şübhəsiz müəyyən sayıqlıq yaradır.  Lakin elmin Çindən belə alına biləcəyi yanaşmasının ziddinə çox məhdud edən bir yanaşmadır. Bu toptancı qəbul yaxud rədd etmə bu düşüncəni müdafiə edənləri çox radikal nöqtələrə aparıb çıxara bilər.

Digər tərəfdən daha az texnologiya istifadəsi yaxud müsəlman kimi yaşayaraq, bunun üçün vacib olan bir texnologiya istehsalı təklifi dilə gətirilir. Şübhəsiz bu təkliflər qiymətlidir. Hər şeyin daha çox istehlak edilmək istənildiyi bir dövrdə hər şərtdə daha az istehlaka bir zərbədir. Şübhə yoxdur ki, müsəlmanlar daha müsəlman kimi yaşamalı və öz həyatlarının ehtiyacı olan texnologiyaları istehsal etmə cəhdlərini davam etdirməlidirlər. Belə təkliflər həyatda hədəfdən yayınmadıqda müasir inkişaflarla birlikdə düşünüldüyü zaman mənası olur. Lakin dünyanın nemətləri arasında özünü itirərək göstərilən müxtəlif cəhdlərə yenə İslam aləmində çox nümunələri olan, terroru bir metod kimi görən radikal cərəyanlara qədər gedib çıxma təhlükəsilə qarşı-qarşıyadır.

Bundan əlavə İslam dünyası çox istehlak etdiyi, çox texnologiya istifadə etdiyi üçün hazırdakı vəziyyəti yaşamır. Daha az texnologiya istifadəsi də təcrübə edilib. Osmanlı tətbiqində 1838 Balta limanı Ticarət müqaviləsinə qədər xarici malların ölkəyə daxil olması mövzusunda ciddi məhdudiyyətlər və qadağa qərarlar vardı. Hindistanda Qandinin  passiv müqaviməti ABŞ-da Amişlərin texnologiyanı rədd edən həyatları məlumdur. Çatılan nöqtədə hələ də Qərbin hökmranlığından və yeni potensiyalardan bəhs ediriksə dünyaya qapalı, müasir əhvalatlara biqanə bir həyat təklif etməyin bir alternativ ola bilməyəcəyi aydındır. Bu metodlar kapitalist istehsalat tərzini zəiflədə bilər. Lakin kapitalist hazırda Qərbə məxsus olan, amma sabah dəyişə biləcək hegəemoniyanı aradan qaldıra bilməz.

Texnologiya qorxusu, əleyhdarlığı

Texnologiya qarşı şübhəçilik biraz əvvəl bəhs edilən sərhədlər daxilində başa düşüləndir. Bundan savayı texnologiya əleyhdarlığı bir reaksiyanın, içə qapanmağı təklif etməyin, geri çəkilməyin və özünə inamsızlığın ifadəsi ola bilər. Texnologiya qorxusu yaxud əleyhdarlığından başqa daha az insan sifətli bir texnologiya istehsal edilə bilməyəcəyi fərziyyəsindən hərəkətlə itaət edən bir yanaşmanı da xatırladır. Nəticə olaraq texnologiyanın yaratdığı təhdidlər, təhlükələr, mənfiliklər insanlığın axırına gətirə biləcəyi tənqidləri sadəcə bizə məxsus deyildir. Özünə məxsus olan bu texnologiya qarşısında təqib edilməsi vacib olan yanaşmadır. Texnologiya qarşısında fərq qoymadan topdan rədd edən bir yanaşma ortaya qoymaq intellektual olaraq cazibədar görülə bilər. Lakin tətbiq edilə biləcək olanın əleyhinə olub xəyali olanı həll kimi göstərmək, ehtimal olunan həll yollarını da aradan qaldırır və bu yanaşma əleyhinə olunan şeyin daha çox mənimsənməsinə və yayılmasına da xidmət göstərə bilər.



Әlaqәli Xәbәrlәr