“Kürd siyasəti”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Kürd siyasəti” adlı analitik yazısı

1259409
“Kürd siyasəti”

Həftənin analizi_35

Qərbdə və Türkiyədə müəyyən dairələr tərəfindən təkidlə PKK və və yaxud da PKK ilə arasına məsafə qoymayan HDP üçün israrla “Kürd hərəkəti”, “Kürd siyasəti” kimi ifadələr işlədilir. Belə ifadələrlə bir terror təşkilatı və onunla əlaqəli olan bir siyasi partiya bir millətin “hərəkəti”, “siyasəti” imiş kimi təqdim edilmiş olur.

PKK müxtəlif ölkələrdə, Türkiyədə, Suriyada, İran və İraqda dəyişik adlarla toplu və davamlı olaraq, müxtəlif qərb ölkələrində isə fərdi və zaman-zaman terror aktları həyata keçirmiş bir terror təşkilatıdır. PKK-nın bu ölkələrdə törətdiyi terror aktlarında sivil-hərbi, qadın, uşaq on minlərlə insan öldürülmüş, milyonlarla insan yaşadıqları torpaqları tərk etmək məcburiyyətində qalmış və hələ də qalmaqdadır. Orta Şərqi dizayn etmək istəyən qüvvələrin maşası kimi PKK-nın özünü kürdlərin təmsilçisi olaraq göstərmə kimi təhrifləri özünün siyasətinə görə, başa düşülə bilər. Türkiyə, Suriya, İraq və İranı bölərək əsrlərlə türklər və ərəblərlə birlikdə İslamın bayraqdarı olmuş kürdləri qurduracağı terror dövlətilə İsrailin təhlükəsizliyinə xidmət göstərməsinə imkan yaratmaq istəyən impərialist dairələrin və onlara qoşulmuş akademiklərin, yazıçıların  yanaşmaları da başa düşülə bilər. Lakin bu təhrifin nə rasional, nə elmi nə də ictimai bir qarşılığı ola bilər. Bütün almanları, ərəbləri, türkləri tək hərəkət/siyasət olaraq görmək nə qədər rasional və elmi bir yanaşma isə bütün kürdləri də elə görmək oxşar bir yanaşma kimidir. Daxilində milyonların, fərqliliqlərin olduğu cəmiyyətləri tək parça kimi görmək totalitar bir yanaşmanın ifadəsidir. “Kürd siyasəti” ifadəsindən hərəkətlə deməli olsaq, ilkin planda bütün kürdlər Türkiyədəki kürdlərdən ibarət deyildir. Türkiyə ilə birlikdə İran, İraq, Suriya və qərb ölkələrində olan bir cəmiyyətdən bəhs edirik. Dövlətlərdən bəhs edilə bilər. Lakin bir cəmiyyət olaraq fransız, italyan, türk siyasətindən bəhs edilə bilərmi? Türklərin siyasəti? İfadə edilən Türkiyədəki kürdlərin siyasəti isə, hər sivil və demokratik cəmiyyətdə olduğu kimi kürdlər də tək parça deyil, müxtəlifdir. İlkin planda bütün kürdlər hər cəmiyyətdə olduğu kimi siyasətlə maraqlanmaya bilər. Siyasətlə maraqlananların hamısı səs də vermir. Səs verənlərin hamısı HDP-yə vermir. AK Partiya da kürdlərdən ən az HDP qədər səs alır. HÜDAPAR-ın (Azad Dava Partiyası) səs nisbəti az olması ilə yanaşı, bəzi göstəricilərdə milyonların diqqətini cəlb etdiyini görürük. Bundan hərəkətlə deyə bilərik ki, HDP-yə səs verənlərin hamısı PKK-nın terror fəaliyyətlərini təsdiqləmir. Qısaca desək başqa bir cəmiyyət üçün istifadə edilə bilməyəcək bir ifadənin, bir tayfa yaxud da qəbilə kimi PKK və HDP-nin eyniləşdirilməməsi, HDP-nin inkişaf etdirəcəyi sivil siyasətə yer açılması tərəfdarıyam. Lakin HDP səlahiyyətlilərinin davamlı olaraq dağdakı terrorçulara arxa durduğu bir şərtdə belələrinin nə fikirləşdiyinin bir mənası qalmır. Siyasət demokratiyanın, azadlığın, sivil həyatın deyil, terror təşkilatının və onun totalitar təzyiqinin bir vasitəsinə çevrildiyində sivil və demokratik sahədə irəliləyə biləcək bir yol buraxılmamış olur. Bəs, ortada elə çox mürəkkəb bir vəziyyət olmadığı halda, Türkiyədə müəyyən dairələrin PKK və HDP-ni “Kürd siyasəti” kimi göstərmək barədəki israrlı təhriflərinin səbəbləri nələr ola bilər? Nə üçün PKK-nın və imperializmin dilinə təslim olurlar? Bu təhrif etmə səyləri sadəcə Türkiyədə deyil, bölgə ölkələrində də söz mövzusu ola bilər.

PKK qorxusu: Həyatı demokratik, azad və plüralist şəkildə yaşayan bizim kimi insanlar, əksəriyyətdə terror təşkilatlarının təzyiqlərini, yaratdıqları fəlakətli qorxuları unutmaq tərəfdarıyıq. Çünki terror təşkilatları ancaq terror aktı törətdikləri zaman gündəmimizdə yer alır və bir müddət sonra gündəmdən çıxır. Halbuki terror təşkilatlarının qorxu yayma, təzyiq yaratma, müəyyən adları birbaşa hədəfə alaraq hədə-qorxu gəlmə kimi metodları var. Münasibətilə bütün kürdləri “Kürd siyasəti” ifadəsilə totalitarizasiya etmə səylərinin bir hissəsi PKK-nın yaratdığı qorxu ilə ifadə edilə bilər. PKK-nın əleyhinə olan və fərqli ifadələr ortaya qoyan kürd ziyalıları ortadan qaldırdığı məlumdur.

Tərəfdaş təzyiqi: “Kürd siyasəti” ifadəsindən istifadə edənlərin bir hissəsi Türkiyədəki sol fraksiyanın qabaqçıl mənsublarının əhəmiyyətli hissəsinin isə keçmişi etibarı ilə inqilabçı bir ənənədən gəldiyi məlumdur. “Kürd siyasəti” ifadəsindən təkidlə istifadə edən bu dairədəkilərin cəhdi Marksist-Leninist ənənədən gələn PKK ilə “inqilabçı həmrəyliyi” kimi görülə bilər. Bu dairələrin totalitar bir nəzərə meyilli olmalarının bir səbəbi isə gəldikləri inqilabçı ənənədən kifayət səviyyədə özlərini xilas edə bilməmələri, demokratiya, azadlıq, plüralist kimi məfhumları kifayət qədər eyniləşdirməmələri ilə izah edilə bilər. 

Türkiyə əleyhinə olan beynəlxalq dairələrə inteqrasiya olmaq vəziyyəti:  “Kürd siyasəti” ifadəsindən təkidlə istifadə edənlərin bir hissəsinin isə Türkiyə əleyhinə olan beynəlxalq dairələrə inteqrasiya olduqlarını müşahidə edirik. Əlaqədar dairələr tərəfindən maddi dəstək təmin edilən bu kəsimlər, bu dəstəyi təmin edənlərlə üst-üstə düşən  bir yanaşma ortaya qoyurlar.

Hökumət əleyhdarlığı: Hökumət əleyhdarlığının bəzi ziyalıların rəftarlarını başa düşməkdə aydınlaşdırıcı olduğu söylənə bilər. Hökumət və Ərdoğan əleyhdarlığı adından bəzi ziyalılar, heroin  ticarətilə məşğul olan, məsum uşaqları qətlə yetirən bir terror təşkilatını dəstəkləməyə qədər üz tuta bilirlər.

Ziyalı yadlaşması: Cəmiyyət əleyhdarlığı da deyilə bilər. Ziyalı yadlaşması qərbdən başqa cəmiyyətlərin hər halda iki yüz illik müasirləşmə tarixinin həzin hekayəsidir. Bu hüznlü hekayəni şair Sezai Karakoç “Masal” (Nağıl) şerində çox gözəl ifadə edir. Osmanlı dövründə elmini, texnikasını götürərək ölkəsinə töhfə versin deyə qərbə təhsil məqsədilə göndərilənlərin əksəriyyəti öz cəmiyyətinə yadlaşmış, qərb aşiqi şəxslər kimi ölkəyə qayıdıblar. Cümhuriyyət dövründə yaşanan isə öz mədəniyyətindən, tarixindən və mədəniyyətindən tamamilə qoparaq, mədəniyyət mənasında qərbə təslim olmaqdır.

Qısaca desək, sol meyilli bir terror təşkilatı olan və əksəriyyətdə türklərdən ibarət DHKPC və marginal bir sol partiya üçün “Türk siyasəti” demək nə qədər mənalı isə, PKK və HDP üçün “Kürd siyasəti” demək o qədər mənalıdır. PKK qorxusu, tərəfdaş təzyiqi və s. səbəbi nə olarsa olsun PKK və və yaxud da HDP-ni “Kürd siyasəti” olaraq görmək azad, şərəfli və sülhməqsədli bir həqarətdir. Ziyalı olma iddiasını güdənlərin üzərinə terrorun və imperializmin ifadələrinə təslim olmaq deyil, bunun əleyhinə bir mövqe və həqiqəti ifadə etməyin heysiyyəti düşər.



Әlaqәli Xәbәrlәr