“Necə bir köç strategiyası olmalıdır?” (II hissə)

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Necə bir köç strategiyası olmalıdır?” (II hissə) adlı analitik yazısı...

“Necə bir köç strategiyası olmalıdır?” (II hissə)

Həftənin analizi_32

Keçən həftə yazımızda Türkiyənin tarix boyunca köç qəbul edən və köç verən bir ölkə olduğuna, bu gün də Türkiyənin ciddi köç dalğaları ilə qarşı-qarşıya olduğuna işarə etdik.  Ümumilikdə ölkə xaricindəki vətəndaşlarımızın və soydaşlarımızın yaşadıqları torpaqları tərk etmələri üçün təzyiq edildiklərinə və bəzi imperialist ölkələrin xüsusilə soydaşlarımızdan özlərinin imperialist məqsədləri istiqamətində istifadə etmək istəklərini dilə gətirdik.

Yaçımızı zləməmiz lazım gələn köç strategiyasına dair təkliflərimizi konkret hala gətirərək davam etdirəcəyik.

Köç strategiyasının əsaslarından bəziləri bunlardır:

Strategiyaya dair bəzi təkliflər

Yaşadıqları torpaqları tərk etməmək: Sahib olduğumuz o qədər tarixi təcrübə bizə insanımızın yaşadığı yerləri tərk etməməsi üçün bütün imkanlardan istifadə etməsinin vacibliyini ortaya qoyur. Çünki tərk edilən hər bölgə ilə insanımızın da, Türkiyənin də o bölgədəki təsiri zəifləyir. Ölkəni tərk edən hər insanla, qalanlar daha da zəifləyir, gücünü itirir. Bu vəziyyəti Balkanlarda daha yaxşı görə bilirik. Düzdür, çox çətin idi, bəlkə də qeyri-mümkün, amma insanımızı Balkanlarda saxlaya bilsəydik, bu gün Balkanların çox fərqli bir çöhrəsi olacaq idi. Bəlkə də elə həmin bu səbəbdən Balkanlarda bəzi alimlər, köçün haram olduğuna dair fitva vermişdilər.

Yerində gücləndirmək: Türkiyənin ilkin məqsədi, güclü tarixi və mədəniyyət əlaqələrinin olduğu yerlərdəki insanını nəyin bahasına olarsa olsun, ilk olaraq öz yerində saxlamaq olmalıdır, buraları tərk etmək deyil. Bunun üçün Türkiyənin qurumları, bu bölgələrdə əlaqədar qeyri-hökumət təşkilatları buralarda olan insanların yaşadıqları yerlərdə necə gücləndirilə biləcəyinə dair daha çox siyasətlər, fəaliyyətlər, cəhdlər göstərməlidir. Yaşanılan bölgələrdə iqtisadiyyatdan mədəniyyətə, siyasətdən idman fəaliyyətlərinə çoxcəhətli iştirak təmin edilməsi və töhfə verməsi özlərinin də, yaşadığı ölknin də Türkiyənin  də xeyirinədir.

Qərbdə yaşayan insanımızı yaşadığı yerdə gücləndirəcək ən əhəmiyyətli addım hər halda yaşadığı ölkənin vətəndaşlığına keçməsidir. Lakin çoxu vətəndaşımızın bu addımı atmaqdan çox imtina etdiyini yaxud vətəndaşlığı çox gec qəbul etdiyi məlumumuzdur. Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi sədri işləyəndə Avropa ölkələrindən birinə səfərim zamanı ordakı vətəndaşlarımızdan birinin danışdıqları qarşı-qarşıya olduqları duyğuları göstərməsi baxımdan mənə çox təsir etmişdi: Sabiq baş nazirlərimizdən Prof. Dr. Nəcməddin Ərbakan 1980-ci illərdə səfərlərindən birində onlara vətəndaşlığa keçmələrini təklif edib. Bu tövsiyənin on illər sonra nə qədər doğru olduğunu başa düşdüyünü ifadə edən vətəndaşımız “Amma o gün elə bil Ərbakan bizə dinimizi dəyişməyi tövsiyə etmiş kimi zorumuza getmişdi” demişdi.

Əlaqədar dövlətlərlə yaxın əməkdaşlıq etmək: Keçmişdən Balkan ölkələrilə indilərdə isə Krım və Uyğur məsələsi səbəbindən insanımızın yaşadığı ölkələrlə problem yaşamağımız təbiidir. Çünki soydaşlarımız oralarda iztirab çəkərkən, çox pis rəftarlara məruz qalarkən bunu gözdən yayındıra bilmərik. Bunları da ifadə edərik. Bununla yanaşı bu ölkələrlə əlaqələrimizin daha da pisləşməsi yaxud da qopmasından ən çox orada yaşayan soydaşlarımız zərər görəcəkdir. Əlaqələrin daha da pisləşməsi bəlkə soydaşlarımız üzərindən imperialist axtarış içində olan ölkələrin xeyrinə ola bilər. Lakin Türkiyənin və əlaqədar ölkənin bundan bir mənfəəti olmayacaqdır. Bu səbəbdən istər soydaşlarımız və istərsə Qərbdə yaşayan insanlarımız cəhətdən onları yaşadıqları ölkələrdə gücləndirmək üçün içində yaşadıqları dövlətlərlə güclü əməkdaşlıq edilməli və yaxın fəaliyyətlər aparılmalıdır. İnsanlarımızın bu dövlətlərlə əməkdaşlıq içində yaşadıqları ölkələrə siyasi, ictimai, mədəniyyət, iqtisadi daha çox töhfə vermələrinin yolları axtarılmalıdır.

Marginal təşkilatlanmalara qarşı tədbir: İstər vətəndaşlarımızın yaşadığı qərbli ölkələrdəki və istərsə soydaşlarımızın yaşadığı ölkələrdəki bəzi səlahiyyətlilər, ümumilikdə siyasi xadimlər buralardaki insanımızın bir hissəsinin marginal, ifrat təşkilatlanmaların təsirində olduğuna, terror fəaliyyətlərinə qoşulduqlarına dair ittihamlar irəli sürür. Bu iddialar düzgün olmaya bilər. Əlaqədar ölkələr strategiyalarına uyğun olaraq bu ittihamları irəli sürmüş ola bilərlər. Lakin insanların qarşı-qarşıya olduqları çətinliklərə görə marjinal təşkilatlanmaların təsirində qalmış olması hər zaman potensiyal daxilindədir. Bu səbəbdən belə risklərə qarşı dövlət qurumlarımız və buralarla əlaqədar qeyri-hökumət təşkilatlarımız vacib olan addımları atmalıdır. 

Son çarə kimi Türkiyə: Qarşı-qarşıya gəlinən hər problemdə dərhal Türkiyəyə köç etmək ilk xatırlanan deyil, son xatırlanan çarə olmalıdır. Son çarəyə müraciət etməmək üçün yuxarıda bəhs edilən yaxud da bəhs edilməyən bütün yollar təcrübə edilməlidir. Bu vəziyyətin təbii olaraq çox strateji, mürəkkəb siyasətlər və fəal işlərə ehtiyacı olur. Yaşanılan coğrafiyaları tərk etməyin fərdi və ictimai maliyyəti  düşünüldüyü zaman ümumilikdə insanımızı yaşadığı yerdə saxlamağın bir yolunu tapmaq mümkün ola bilər.

Son iki proqramda ölkəmizdə daha daimi görünən köçlərdən bəhs etdik. Oxşar bir strategiyanın müəyyən bir səviyyədə Suriya, İran, İraq, Misir, Liviya, Əfqanıstan qaynaqlı daha müvəqqəti görünən yaxud Türkiyəni tranzit  ölkə kimi istifadə edən köçlər üçün də qüvvədə olduğu söylənə bilər. Lakin iki durumda da bir həyat təhlükəsi varsa Türkiyə əsla bir Qərb yaxud Avropa ölkəsi kimi rəftar edə bilməz. Ona sığınanları ölümə məhkum edə bilməz. Qərbdən və onun mədəniyyətindən fərqli olaraq Türkiyə bütün tarixi boyunca ona sığınan çarəsizlər üçün nəyin bahasına olarsa olsun ümidin, insanlığın son qapısı, vicdanın səsi, azadlığın digər adı olmuşdur. Hazırda Avropa İttifaqı keçmişdə də özgələri başa düşməsə də tarix boyunca Türkiyənin mənası və fərqi bu olmuşdur.

 



Әlaqәli Xәbәrlәr