Qlobal xəyanət şəbəkəsi

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı, professor Qüdrət Bülbülün "Qlobal xəyanət şəbəkəsi" adlı analitik yazısı.

1236546
Qlobal xəyanət şəbəkəsi

Qlobal xəyanət şəbəkəsi

 

15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının (FETÖ) 251 nəfərin şəhid olması və minlərlə insanımızın yaralanması ilə nəticələnən dövlət çevrilişi cəhdinin 3-cü ildönümünə qədəm basdıq. Türkiyənin təhlükəsizlik, kəşfiyyat, məhkəmə kimi bütün strateji qurumlarına gizlənərək yerləşən FETÖ üzvləri  ələ keçirdikləri qurumlardan, dövlətin təyyarələrindən, tanklarından istifadə edərək Xalqımızı, Türkiyə Böyük Millət Məclisini, Prezident Aparatını bombaladılar, dövlət çevrilişinə  cəhd etmişdilər. Zamanla FETÖ-nün Türkiyə və dünya üçün necə bir təhlükə olduğu daha yaxşı göründü.

Bu günkü  bölümdə FETÖ-nün qlobal səviyyədə meydana gətirdiyi təhlükə və bununla bağlı görülməli olan tədbirlər üzərində dayanmaq istəyirik.

 

 FETÖ-nün qlobal müstəvisi və bugünkü vəziyyəti

 Türkiyə kimi siyasətdə aparıcı olan ölkələr qlobal güc sahibləri tərəfindən tək qoyulmazlar. Bu gün Almaniya II Dünya müharibəsindən sonra ona diktə edilən bir sistem və nizamla idarə edilir. Türkiyə də uzun illər proksi rejimlər tərəfindən idarə olunurdu. FETÖ soyuq müharibədən sonra Türkiyə üçün istehsal edilən yeni proksi quruluşdur. Türkiyənin coğrafiyası və tarixi dərinliyi səbəbindən Türkiyəyə yüklənən mənanı düşündükdə FETÖ Türkiyə üzərindən istehsal edilmiş bir regional proksi layihədir. Özünü gizlətməkdəki və fərqli maskalar geyinərək getdiyi ölkələrdə sistemi ələ keçirməkdəki uğuru nəzərə alsaq, FETÖ-nün qlobal bir proksi təşkilatına çevrildiyini görərik.

 15 İyulun 3-cü ildönümündə FETÖ-nün bitib-bitmədiyi müzakirə edilir. Əsl simasını gizlətmək və insanları aldatmaq üzərində qurulmuş bir terror təşkilatı barəsində ortada açıq şəkildə mövcud olmadığı üçün dəqiq bir şey söyləmək çətindir. Artıq maska yırtılıb və FETÖ-nün Türkiyədə təşkilatlı mənfi fəaliyyətinin həcmi böyük dərəcədə azalıb. Türkiyədə artıq FETÖ-yə dair çox aydın bir fərqindəlik şüuru mövcuddur. Türkiyədə FETÖ bundan sonra, təşkilatlı qərəzli mövqeyi baxımından deyil, üzvlərinin şəxsi terror tutumları baxımından böyük təhlükədir.

 Yuxarıda da ifadə edildiyi kimi, Türkiyə kimi ölkələri daim proksi layihələr altında saxlamaq istəyəcəklər. Bu səbəbdən yeni proksi faktorlar olaraq yeni FETÖ ehtimalları hər zaman müzakirə mövzusu olacaq. FETÖ qlobal arenada hələ də böyük bir təhlükədir.

FETÖ, PKK, DAEŞ kimi təşkilatlar qlobal aktyorlar üçün praktik bir təşkilatlardır. Müasir dünyada müharibələrin xarakteri dəyişib. Bioloji müharibələr, genetikası dəyişdirilmiş böcəklər də yeni növ müharibə amilləridir. FETÖ PKK və DAEŞ ilə müqayisədə genetikası modifikasiya olunmuş bir təşkilat olaraq daha çox təsirə malikdir. Çünki 150-dən  artıq ölkəyə yoluxdurulmuş  bir vəziyyət əldə edib. Bu çərçivədə dəstək verən kəşfiyyat təşkilatları FETÖ-nü özləri üçün çox münasib görürlər. FETÖ üzvləri yaradılmış bioloji həşəratlardan fərqli olaraq təkcə təbiətdə deyil, girdikləri ölkənin mərkəzində, kəşfiyyat, təhlükəsizlik, məhkəmə və strateji qurumlarında fəaldırlar.

 Digər tərəfdən, yerləşdikləri ölkələrin çoxu FETÖ-nün əsl simasını tanımırlar, onu mülki, dini quruluş hesab edirlər. Bu ölkələr bioloji həşəratlar, və ya aparatlar kimi, FETÖ-nün başqa ölkələrə içində olduqları ölkə əleyhinə kəşfiyyat məlumatları ötürdüklərinin  fərqində deyillər.

 Türkiyə baxımından isə, uğursuz cəhdlərindən sonra Türkiyə əleyhinə ifrat sol, PKK, erməni dairələri ilə əməkdaşlıq edərək Türkiyəyə zərər verməyə cəhd göstərirlər.

 Nələr edilə bilər?

 Qlobal səviyyədə: FETÖ ilə işləyən ölkələrin xüsusi xidmət orqanları FETÖ xəyanət proqramının yalnız onlarla uzlaşmış bir şəkildə işləyəcəyini düşünürlər. FETÖ-dən istifadə etdiklərini güman edirlər. Halbuki,  FETÖ ondan istifadə edən ölkənin xüsusi xidmət orqanları üçün də bir təhlükədir. Ailələrinə, ölkəsinə, içindən çıxdığı cəmiyyətə sədaqəti olmayan bir terror təşkilatının, bu ölkələrə sadiq qalacaqlarını düşünmək rasionallıqdan uzaqdır.

 Türkiyə 15 iyul 2016-cı ildə dünyaya  bir çevrilişə necə müqavimət göstərilirdiyini,  demokratiya, milli iradə, azadlıqlar və vətəndaş cəmiyyətinin necə qorunmasını çox gözəl bir şəkildə göstərdi. Türkiyə BMT, Avropa Şurası və digər beynəlxalq qurum və təşkilatlarla demokratiya, vətəndaş cəmiyyəti və azadlıqların qorunmasını və gücləndirilməsini hədəfləyən rəsmi, və ya sivil təşkilatlarla bu təcrübəni bölüşmək üçün əməkdaşlıq edə bilər. Bu istiqamətdə həmin təşkilatlarla birgə proqramlar tərtib edə bilər.

Türkiyə Böyük Millət Məclisi qazi bir məclis olaraq hər il qlobal səviyyədə "15 İyul Milli İradə" mükafatları verə bilər.

  FETÖ-nün fəaliyyət göstərdiyi ölkələrlə bağlı görüləcək tədbirlər; Türkiyə FETÖ-nün  fəaliyyət göstərdiyi ölkələrdəki təhsil işlərinə qarşı aktiv bir fəaliyyət aparır. Amma  FETÖ fəaliyyətdə olduğu bir çox ölkədə bir sıra strateji mövqeni ələ keçirərək bəzi ölkələrə tamamilə nəzarət edir. Fərqində olmasalar da, içində olduqları təhlükənin ölçüsünü görmələrini təmin edəcək səyləri israrla davam etdirmək lazımdır.

 Dövlət, kəşfiyyat və dövlət orqanları səviyyəsində; Prezidentimiz FETÖ əleyhinə mübarizəni ən güclü şəkildə davam etdirir. Digər dövlət qurumlarımız da aidiyyəti təşkilatların FETÖ-nün Türkiyə üçün deyil, məhz özləri üçün təhdid olduğuna dair maarifləndirici və xəbərdaredici işlərini artıra bilərlər.

Universitetlər, “think tank” təşkilatları, ziyalılar tərəfindən görülməli tədbirlər;  Türkiyənin qət etdiyi uzun məsafəyə baxmayaraq, adi bir insanın kult təşkilat daxilində necə bir manqurda çevirdiyinin, azğın bir inancla necə hər növ pisliyi edə biləcək hala gəldiyinin mərhələləri hələ ortaya qoyulmayıb. Təşkilata yoluxanlara qarşı bir anti-virüs proqramı tərtib olunmayıb. Müxtəlif ölkələrdən universitetlər, beyin mərkəzləri, elm və din insanları birləşərək,  bu proqramın yaradılması istiqamətində işlər görə bilərlər. Türkiyə universitetləri və "think tank"təşkilatları FETÖ-nün xüsusilə fəal olduğu ölkələrdəki qurumları ilə birgə hesabatlar, fəaliyyətlər, seminarlar təşkil edərək, təcrübə mübadilələri apara bilərlər.

 Xüsusilə, FETÖ-nün necə bir təşkilat olması ilə bağlı dəyərləndirmələrə, mülki şəxslərin FETÖ haqqındakı maarifləndirici işlərinə üstünlük verilməlidir.

 Media/məlumatlandırma/xatırlatma fəaliyyətləri: Bizim kimi cəmiyyətlər unutmağa daha çox meyllidir. Bu növ ağrı-acıların yenidən baş verməməsinə, təcrübələrin gələcək nəsillərə ötürülməsinə yönəlmiş fəaliyyətlər aparılmalıdır. Bu baxımdan ən çox şəhid verilən yerlərdə FETÖ xəyanət muzeyləri yaradıla bilər. FETÖ xəyanətindən bəhs edən səyyar sərgilər təşkil edilə bilər. Bu muzeylər və sərgilərdə sadə insanların o gün göstərdikləri qəhrəmanlıqlar, qısa həyat hekayələri, şəxsi əşyaları, həyat yoldaşı, uşaqları və yaxınlarının hissləri əks oluna bilər. Sərgilər xarici ölkələrdə də də keçirilə bilər, xarici nümayəndəliklərdə müəyyən zamanlarda nümayiş etdirilə bilər. Xaricdən gələnlərin bu muzeylərə getmələri təşkil edilə bilər.

 Türkiyə FETÖ məsələsində çox ağır qurbanlar, şəhidlər verərək, tarixinin ən hiyləgər terror təşkilatı haqqında çox dəyərli bir fərqindəlik əldə etdi, bu təhlükəni öz ölkəsində əsasən dəf etdi. Yuxarıda sadalanan fəaliyyətlər Türkiyə üçün deyil, aid ölkələr və bəşəriyyət üçün vacib fəaliyyətlərdir. Türkiyə verdiyi ağır qurbanları digər ölkələrin verməməsi, xəyanəti onların da yaşamaması üçün səy göstərir. Ümidvaram ki, Türkiyənin səyi dostları və aid ölkələr tərəfindən ağır qurbanlar verilmədən vaxtında görülər.



Әlaqәli Xәbәrlәr