Balkan köçləri

Ankara Yıldırım Bəyazid Universitetinin Politologiya Fakültəsinin dekanı, professor Qüdrət Bülbülün “Balkan köçləri” adlı analitik yazısı.

1232857
Balkan köçləri

Balkan köçləri

Keçən həftə Türkiyə Böyük Millət Məclisinin sədri  Mustafa Şəntopun fəxri sədrliyi ilə Beynəlxalq Balkan Universitetinin ev sahibliyində Skopyedə 5-ci Beynəlxalq Sosial Elmlər Simpoziumu keçirildi. 13 Ölkədən 617 elm adamının iştirak etdiyi simpoziumda mən də dəvətli məruzəçi olaraq gənclər mövzusunda çıxış etdim.

Simpoziumda Harvard kimi ABŞ-ın qabaqcıl universitetlərindən Türk tədqiqatçıları ilə tanışlıq və onlarla YÖK və universitet sistemimiz haqqında səmərəli uzun məsləhətləşmələr keçirmək imkanım da oldu.

 Bu bölümdə balkan miqrasiyası üzərində dayanmaq istəyirəm. Çünki Balkan ölkələrinə hər gedişimdə bu məsələ kədərli bir şəkildə  gündəmə gəlir. Osmanlının son dövründən günümüzə qədər uzanan bu həzin hekayə Balkanlara gedən hər bir insanın mütləq yadına düşər.

 Balkan köçlərinin qısa tarixi, və ya soyqırımın əsl adı.

 Mənbələr 18-ci əsrdən başlayaraq milyonlarla müsəlmanın və Türkün balkanlarda soyqırıma məruz qaldığını, öldürüldüyünü, yerlərindən didərgin salındığını ortaya qoyur. Osmanlı dövləti geri çəkildiyində və daha sonra da dağıldığında balkan coğrafiyasındakı müsəlmanlar və Türklər çox acı bir aqibətlə üz-üzə qaldılar.

 Soyqırım ifadəsi ilk dəfə II Dünya müharibəsi ərəfəsində Almaniyanın yəhudilərə qarşı tətbiq etdiyi zülmlər, kütləvi qətllər və işgəncələr üçün istifadə edilib. Balkanlarda insanımızın üzləşdiyi dəhşətli zülm həm sayca, həm də ağrı olaraq  Almaniyadakı zülmlərlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Amma dünya bir yana qalsın, bu zülmün, soyqırımın miqyasından Türkiyədə belə çox az insanın xəbəri var.

Balkan coğrafiyasında 17-ci əsrdən etibarən  baş verənləri, 19-ci və 20-ci əsrlərdəki əzabı, əziyyəti, köçləri yaşayanların uşaqlarına, gələcək nəsillərə və dünyaya çatdıracaq "Oscar" mükafatı səvfiyyəsində bir film belə çəkilməyib. Məlumdur ki, millətimizin məqsədi yaşadıqları acılarla bağlı dünyanı inlətməklə daim bu ağrı-acıdan bəslənmək mənasına gəlməz. Ağrı nə qədər böyük olursa-olsun, onu ürəyinə basdıraraq, yola davam etmək lazımdır. Lakin xalqımız əhatəli bir film, və ya sənədli film çəkilməsə də, bu boşluğu hər zaman olduğu kimi dərin hafizəsi, geniş ürəyi ilə doldurur, ağılarla, bəstələdiyi anonim nəğmələr və marşlarla ən təsirli "Oskar" filmindən daha təsirli bir şəkildə, ağrını-acını nifrət yaratmadan gələcək nəsillərə ötürür.

Hansı film ürəklərimizin sarı siminə toxunaraq hər bir insanımızı titrədən Çanaqqala, Yəmən türküsü, Plevne marşı qədər təsirli ola bilərdi ki.

 Siyasi məqsədlərlə yerindən köçürülmə tarixdə qalmış bir fakt deyil, təəssüf ki. Bu gün də Türkləri və müsəlmanları maraqlandıran bir çox coğrafiyada buna bənzər vəziyyətləri yaşayırıq. Dünən Bolqar Türklərinin, bu gün Krım, Qarabağ və Uyğur Türklərinin qarşılaşdığı problemlər, Myanma, Suriya və təbii ki, Fələstin müsəlmanlarının üzləşdikləri Balkan Türklərinin problemlərindən çox fərqli deyil.

 Boşalan Balkanlar...

 Balkanlara hər gedişdə söhbətlərdə üzə çıxan əhəmiyyətli bir mövzulardan biri də Türkiyəyə olan miqrasiyalardır. Osmanlı dövründə başlayan miqrasiyalar yalnız o dövrdə qalmayıb, Respublika dövründə də davam edib. Hətta bu gün də müxtəlif formalarda davam edir. Balkanlarda Türk varlığı hər keçən gün azalır.

 Türkiyə Balkan Türklərinin də, müsəlmanlarının da ümidi, xəyalı və gələcəyidir. Çünki bir yerdə azlıqda olmaq bir çox problemlə müşayiət olunur. Azlıqda olaraq yaşamağa davam edərkən xaricdən güclü bir dəstəyə ehtiyac hiss olunur. Bu dəstəyin çox vaxt maddi olması əhəmiyyətli deyil. TRT "Türkiyənin səsi" radiosunda "Çeşmi Cahan" proqramında qonağım olan Şimali Makedoniya Konstitusiya Məhkəməsinin üzvü Saleh Muradın söylədikləri bu vəziyyəti çox gözəl əks etdirir: "Biz Türkiyədən bir şey istəmirik. Türkiyə güclü bir şəkildə yoluna davam etdiyi halda  kölgəsi bizə kifayət edir".

Balkan Türkləri Türkiyə ilə əlaqələrinin olmasını istəyirlər. Uşaqlarının bir hissəsi gələcəklərini Türkiyədə arayırlar. Amma məsələyə strateji prizmadan baxan Balkan Türkləri Balkanların getdikcə boşalmasından, boşaldılmasından həddindən artıq narahatdırlar. Çünki Balkanlardan Türkiyəyə, və ya başqa bir ölkəyə hər köç onları və gələcəklərini daha çox tənhalığa və qeyri-müəyyənliyə sürükləyir. Keçmişdə tez-tez göründüyü kimi 2 milyonluq bir Balkan ölkəsindən beş yüz min insanın Türkiyəyə köç etməsi Türkiyə üçün əhalinin sayı baxımından bir məna ifadə etmir. Amma bu nisbət gəlinən ölkə əhalisinin 25 faizini təşkil etdiyindən orada qalan insanımızı tək-tənha qoyur. Bunu çox aydın gördükləri üçün çox çətin olsa da, keçmişdə Balkan Türkləri yerlərində tutulsaydı, bu gün Balkanların simasının tamamilə fərqli olacağıni tez-tez vurğulayırlar.

 Düzgün Siyasət: Yerində gücləndirmək

 Keçmişi geri qaytara bilmərik. Keçmişdə də qala bilmərik. Amma keçmişdən  bu gün üçün dərslər çıxara bilərik.

 Bu gün Balkan mühacirlərinin gəldikləri torpaqlardakı atalarına aid xatirələrini, əsərlərini daha diri tutmalarına böyük ehtiyac var. Balkanlardakı irsimizi canlı saxlamaq vəzifəsi yalnız TİKA və Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) kimi dövlət orqanlarının, və ya Yunus Əmrə və Maarif Vəfqi kimi dövlət mənbəli fondlarımıza aid deyil.  Balkanlarda yaşayan Türk və müsəlmanlar atalarının varisi olan Balkan mühacirlərinin geri qayıdaraq onlara daha çox salam vermələrini, daha çox dərdləri ilə maraqlanmalarını gözləyirlər. Balkan mühacirləri eyni zamanda, əvvəlki qeyri- müsəlman qonşuları ilə də keçmişin ağrı-acısını bir tərəfə qoyaraq,  çoxtərəfli əlaqələr yarada bilərlər.

Rusiya və Aİ ölkələrinin Balkanlara çoxşaxəli maraq göstərdiyi bir şəraitdə Türkiyədə yaşayan Balkan mühacirlərinin quracağı münasibət qədim qonşuları üçün yeni bir alternativ də olacaq. Türkiyədəki Balkan mənşəlilər təkcə Türkiyə ilə balkan ölkələri arasında deyil, Balkan ölkələrinin dünya ilə əlaqələrində də bir körpü rolunu oynaya bilərlər.

 Təbii miqrasiyadan bəhs edərkən, bir çox mövzu nəzərdə tutulur. Başda Avropa olmaqla, maddi məqsədlərlə Qərbə köçənlər, onların geri qayıtması, Krım, Qafqaz, Axıska Türkləri, uyğurlar başda olmaqla, Türk mənşəli azlıqların qarşılaşdıqları çətinliklər səbəbindən Türkiyəyə köçmə səyləri... Bunların hamsı ayrı və bir-birindən asılı olmayan məsələlərdir.

Başqa bir bölümdə xaricdəki Türk mənşəli topluluqlarla bağlı təqib edəcəyimiz miqrasiya strategiyası barəsində danışacağıq.



Әlaqәli Xәbәrlәr