“Çinə baxış necə olmalıdır?”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Çinə baxış necə olmalıdır?” adlı analitik yazısı

“Çinə baxış necə olmalıdır?”

Həftənin analizi_26

Türkiyə prezidenti iyunun 28-29-da Osakada keçiriləcək G20 ölkələri liderlərinin sammitinə qatılacaq. Bundan sonra Rəcəb Tayyib Ərdoğanın Kioto, Aiçi və Tokio şəhərlərini ziyarət edəcəyi bildirilir.

Nə zaman ali səviyyəli bir səfərdən söhbət getsə Çin mediasını bilmirik, amma Türkiyədə Çin əleyhinə bir gündəm olur və bunu da ümumilikdə Uyğur məsələsi təşkil edir. 

Uyğur məsələsinə dair mediada yer alanların nə qədərinin düzgün olduğunu, nə qədərinin qərbli media orqanlarının təsirində ortaya çıxdığını, nə qədərinin Türkiyə-Çin əlaqələrini kölgələmək məqsədli olduğunu da bilmirik. Lakin bu məlumatlar, xəbərlər Çinə dair ciddi mənada insanda fikir dolaşıqlığı yaradır.

Prof. Kudrət Bülbül bu günkü analitik yazısında daha geniş bir perspektivdən Çinə necə nəzər salınmasının vacibliyinə işarə edərək deyir ki, çünki bu fikir dolaşıqlığının nə Türkiyəyə, nə Çinə, nə də uyğurlara töhfəsi var. Bütün tərəflərdə sadəcə şübhələri artırır.

12-20 iyun 2019-cu il tarixlərində Çinin Ankara Səfirliyinin dəvəti və İramın təşkilatçılığı ilə bəzi beyin mərkəzləri sədrləri, akademikləri və media nümayəndələrilə 7 nəfər Çinə işgüzar səfərlə getdik. Çində görüş keçirilən tanınmış beyin mərkəzləri, dövlət xadimlərilə Pekin, Şanxay, Hanghzouda təşkil edilən sosial tədbirlərdən hərəkətlə əldə olunan şəxsi müşahidələrimi bu çərçivədə bölüşəcəyəm.

Ümumi görünüş: Çin 1,4 milyard əhali sayı ilə dünyanın bir başına 20 faizdən artığını təşkil edir. Coğrafi olaraq bəzi qitələrdən daha böyük sahəyə sahibdir.

Çində ilk gözə dəyən şey gəlirin paylanmasında müəyyən səviyyə əldə edilib. Əsas quruluş problemləri böyük nisbətdə həll edilib. Adam başına 10 min dollar gəlir səviyyəsi getdiyimiz yerlərdə artıqlaması ilə hiss olunur. Maşınlar, mağazalar, markalarda bunu müşahidə etmək mümkündür.

Pekin və Şanxayda özünüzü elə çox Çinə gəlmiş kimi hiss etmirsiniz. Bir japon yaxud bir Qərb şəhərindən elə çox fərqlənmir. Bəlkə kəndlərdə bu daha çox hiss oluna bilər. Bəzi ölkələrdə sıx təsadüf etdiyimiz qeyri-nizami şəhərləşmə Çində keçdiyimiz yerlərdə elə çox təsadüf edilmir. Geniş yollar, boş ərazilər, böyük parklar, hündür ağaclar, geniş yaşıl sahələr, yaxşı dizayn edilmiş memarlıq, hündür binaların insanların üzərindəki mənfi təsirini aradan qaldırır.

Əhali sayı səbəbindən insan Çində, Hindistan kimi ciddi mənada insan kütləsi gözləyir. Amma elə çox insan kütləsi görmürsünüz. Küçələrdə təsadüf etdiyiniz insan nisbəti İstanbuldan daha azdır. 25 milyonluq Şanxay ilə 22 milyonluq Pekinin fərqi İstanbul və Ankara kimidir.  Biri daha çox qlobal bir şəhər, qlobal ünsiyyət və mədəniyyətə inteqrasiya olub, digəri isə öz içərisində, nizamında, soyuqluğunda və şəkkaklığındadır…

Çində sürətli inkişafdan qaynaqlanan bir standartlaşma əskikliyi seçilir.  Xüsusilə xidmət sektorunda çox yaxşı tətbiqlərlə yanaşı çox pis tətbiqlər də var.

Böyük olma yolunda sürətli şəkildə irəliləyən, dünyanın ikinci böyük iqtisadiyyatı: Çin hazırda ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatıdır. Dünya iqtisadiyyatındakı hissəsi 1978-ci ildə 1,8 faiz ikən, 2017-ci ildə 18,7-yə çıxdı. 3,12 trilyon dollarla dünyanın ən çox valyuta ehtiyatına sahib ölkəsidir. 2018-ci ildə 6,6 inkişaf edən Çinin 2050-ci ildə dünyada istehsal edilən ümumi daxili məhsulun tək başına 20 faizinə sahib olacağı nəzərdə tutulur. Bu nisbəti Hindistanın təqib edəcəyi, ABŞ-ın 3-cü yeri alacağı güman edilir. Avropa İttifaqının nisbətinin isə 9 faizdə qalacağı bildirilir.

Bu iqtisadi inkişafın ictimai həyata əks olunduğu da ifadə edilir. Çin Xalq Cümhuriyyətinin qurulduğu 1949-cu ildən xaricə üz tutmağın elan olunduğu 1978-ci ilədək sadəcə 200 min çinli ölkə xaricinə səyahət edə bilib. Amma sədəcə keçən il Çindən ölkə xaricinə 130 milyon səyahət reallaşıb.

Təkmilləşdirilmiş bir maddi/texnoloji mədəniyyət: Maddi/texnoloji olaraq Çinin xeyli inkişaf etdiyini söyləyə bilərik. Bunu Çində gündəlik həyatda müşahidə etmək mümkündür. Ziyarət etdiyimiz “Huawei” araşdırma mərkəzində uzaqdan əməliyyat, uzaqdan əkinçilik, maşın sürmə və buna oxşar diyaznlar göstərilir. 

İtib batan  şəxsiyyət, mədəniyyət, mənsubiyyət yaxud Çin növü müasirlik mümkünmü?: Maddi/texnik mədəniyyət əldə edilə bilməyəcək bir şey deyil, Türkiyə təcrübəsi də göstərir ki, bir ölkənin maddi görüntüsü 10-15 ildə tamamilə deyişə bilər. Əhəmiyyətli olan maddi mədəniyyəti nəyin içərisindən ortaya çıxardığınız, hansı səviyyədə öz şəxsiyyətiniz və mədəniyyətinizlə bunu ortaya qoyu bildiyinizdir. Çin bunu öz başınamı bacaracaq, özünə məxsus bir müasirlik yarada biləcəkmi, yoxsa Qərbin müasirliyinəmi təslim olacaq? Bu maraqlıdır. Lakin Çinin müasir üzünü göstərən məkanlarda önə çıxarılan davamlı Qərb mədəniyyəti, qərbli firmalar, tərz, geyim və modları olduğunu gördükdə bu maraq itib getdi. Çin super güc ola bilər. Lakin daxil olduğu mədəniyyət prosesinə nəzər salınsa şəxsiyyət və mədəniyyət cəhətdən Çin özünə məxsus bir müasirlik yarada biləcək kimi görünmür. Bu cəhətdən dünyaya təsiri ən çox olan yeni bir Yaponiya ola bilər!

ABŞ-la ticarət müharibəsi?: ABŞ-ın Çin qarşısında 2018-ci ildəki xarici ticarət kəsiri 419 milyard dollardır. Trampın qarətçilik kimi qiymətləndirdiyi bu kəsir ABŞ-Çin ticarət müharibəsinin ən əsas səbəbidir. Çinin sadəcə ABŞ iqtisadiyyatı qarşısındakı artıq büdcəsi Türkiyə iqtisadiyyatının yarısından çoxdur.

Bütün dünya ABŞ-Çin arasındakı ticarət müharibəsindən danışarkən, görüş keçirdiyimiz çinlilər bunu bir müharibə kimi təsvir etməkdən imtina edirlər. Elə çox kəskin olmayan sözlərlə bu məsələdən danışmağa üstünlük verirlər. Obama dövründə  ABŞ tərəfindən tədbir məqsədli rəqabət Tramp dövründə isə mühasirə ilə qarşı-qarşıya olduqlarını düşünürlər. Bu mübarizənin sərhədi barədə narahatdılar. Ədələtli bir rəqabətə hazır olduqlarını ifadə edirlər. 800 milyarddan çox ikitərəfli ticarət olduğunu, bu səbəbdən bu əlaqələri bitirəcək addımlar atmağın çətin olduğunu, bu çərçivədə Çin-ABŞ əlaqələrinin, ABŞ-İran kimi olmayacağını bildirirlər.

Çin supdr gücmü?: Çinli səlahiyyətlilər özlərini super güc məfhumu ilə təsvir etməkdən təkidlə imtina edirlər. Bu, Asiya insanına məxsus bir təvazökarlıqdırmı? Yoxsa stratejidirmi, bilinmir. Özlərini bu məfhumlarla təsvir etmirlər, amma təsvir edən elə çox məhfumdan da istifadə etmirlər. Dünyaya baxışlarını ifadə edərkən Rusiya da daxil heç bir ölkə ilə müttəfiq olmadıqları, amma tərədaşlarının olduğunu deyirlər.



Әlaqәli Xәbәrlәr