“S-400-lərmi? Hədəf dəyişməsimi?” (I hissə)

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “S-400-lərmi? Hədəf dəyişməsimi?” adlı analitik yazısı

1216406
“S-400-lərmi? Hədəf dəyişməsimi?” (I hissə)

Həftənin analizi_24

Tarixin müəyyən dövrləri nizam-intizamın qurulduğu zamanlardır. Bu dövrlərdə qurulan nizam-intizamlar yeni bir qeyri-müəyyənlik yaxud da xaosa aparıb çıxır. Avropadakı 30 il müharibələrini başa çatdıran Vesfalya nizamı İkinci Dünya müharibəsindən sonrakı Yalta konfransı ilə qurulan “Soyuq müharibə” nizamı ilk xatırlanan qlobal nizamlardan biridir. Yalta konfransında İngiltərənin baş naziri Uinston Çörçil, ABŞ prezidenti Franklin Rosvelt və Sovet İttifaqı dövlət başçısı İosif  Stalin 1945-ci ildə Krımın kiçik qəsəbəsi Yaltada bir araya gələrək hazırda yerində yenisi qurula bilməyən “Soyuq müharibə” nizamının bünövrəsini qoydular. 

Yeni qlobal nizam axtarışları

“Qlobal nizam” dedikdə buradakı nizamın ədalətə, razılığa, insanlığın ortaq mənfəətinə əsaslanması vacib deyil. Qlobal ədalət nizamı ayrı bir mövzu, ayrı axtarış və ehtiyacdır. Qlobal nizamda məqsəd güclərin müəyyən olduğu, tərəflərin məcbur yaxud könüllü olaraq qlobal miqyasda bir mexanizm sistemi barəsində razılaşdığı bir quruluşdur.

Bu nizamda ədalətə əsaslı olmaq vacib deyil. Ümumilikdə də belə olmur. Mövqə tutmaların müəyyən olduğu, həmin səbəblə nəticələrinin nəzərdə tutulduğu bir nizamdan söhbət gedir.

Bəşəriyyət 21-ci əsrə “Soyuq müharibə” nizamının başa çatdığı, amma yeni nizamın da hələ qurulmadığı bir qeyri-müəyyənlik içində daxil oldu. NATO və Varşava paktları ilə, Şərq və Şərq bloku arasındakı bu soyuq müharibə nizamı Sovet İttifaqının dağılması ilə sona çatdı. Hazırda soyuq müharibənin iki qütblü dünyasının, ən ümumi mənası ilə dörd təməl  əsasda mövcudluğunu davam etdirdiyi söylənə bilər. 

ABŞ-ın mərkəzdə olduğu əsas: ABŞ özünü mərkəzdə saxlayaraq Amerika imperiyasını davam etdirməyə cəhd göstərir. Bunu edərkən əvvəlki illərdə olduğu kimi yumşaq güc yaxud da qlobal dəyərlər, Amerika röyası kimi insanların daha çox rəğbətini qazana biləcək siyasətləri bir tərəfə qoyaraq, birbaşa mənfəətin mərkəzdə olduğu sərt güc siyasətləri izləyir.  ABŞ-ın artıq müsbət, məhsuldar bir gündəmlə yenidən qlobal rəqabətdə ön plana çıxacağı gözlənilmir. Həmin səbəblə ABŞ daha çox digər ölkələrin qlobal rəqabətdə ön plana çıxmasına mane olacaq siyasətlər yürüdür. Bu çərçivədə ABŞ əvvəldən qloballaşmağın çempionluğunu edərkən, indilərdə qloballaşma əleyhinə siyasətləri diqqət mərkəzində saxlayır.

Rusiyanın mərkəzdə olduğu əsas: SSRİ-nin dağılmasından sonra Rusiya bərpa işləri üçün cəhd göstərir. Rusiya qlobal miqyasda heç vaxt cazibə mərkəzi olmadığı üçün bərpa fəaliyyətləri  ümumilikdə hərbi miqyasda və digər sərt siyasətləri üzərindən gedir.

Çinin mərkəzdə olduğu əsas: Çin iqtisadiyyatı bir güc olaraq çox təsirli şəkildə ortaya çıxır, amma hələ siyasi, hərbi güc olaraq ortaya çıxmayıb. ABŞ başda olmaqla digər ölkələr açıqcası hərbi və siyasi güc olaraq mövcudluqlarını ortaya qoyarkən, Çin indilik sadəcə iqtisadiyyat və texnoloji güc olaraq özünü göstərməyi üstünlük verir. Çox davamlı olmasa da indilik siyasi mövqə tutmaqdan imtina edir. Misal üçün ABŞ ona qarşı güclü şəkildə Hindistanı dəstəkləyir, Kəşmir məsələsində açıq şəkildə Hindistana qarşı mövqə tutmur.

Ədalətin mərkəzdə olduğu yeni mövqeyə olan ehtiyac

Dördüncü mövqe isə qlobal ədalət əsasıdır. Belə bir əsas təəssüf ki, hələ ortada yoxdur. Mənfəətin mərkəzdə olduğu yuxarıdakı güclərdən başqa qlobal miqyasda bir ədalət ehtiyacı və axtarışı ortadadır. Qlobal ədalətin oxu yalnız beynəlxalq səviyyədə prinsipial olaraq aparmaqla deyil, həm də maraqların digər bəndlərini balanslaşdırmaq baxımından təcili tələbatdır. 20-ci əsrdə qurulmuş Avropa İttifaqının qlobal səviyyədə bir güc olmadığı məlumdur. Aİ-nin 21-ci əsrdə mövcudluğunu davam etdirib-etdirməyəcəyi də qeyri-müəyyəndir. Bununla yanaşı Aİ ölkələrinin deyil, amma bir ittifaq kimi Aİ digər əsaslar üzərində bəzi cəhdlərə qlobal ədalət əsaslı bir nizam axtarışı daxilində qiymətləndirilə bilər.

Türkiyənin regional siyasətləri və “dünya beşdən böyükdür” tərzində yekunlaşdırılan qlobal ədalət çağırışları və cəhdləri də qlobal ədalət əsaslı axtarışların əvvəlində yer alır. Bununla yanaşı qlobal ədalət əsaslı bir nizam axtarışında olan ölkələrin kifayət səviyyədə mövcud olduğu və səslərini ucaltdıqları söylənə bilməz. İnsanlıq üçün digər  mərkəz əsaslı bir sülh və ədalət nizamını təmin edəcək belə bir mərkəzin güclərinin mövcudluqlarını hiss etdirmək üçün əməkdaşlıq halında, daha fəal siyasət təqib etmələri vacibdir.

Türkiyə və ABŞ arasındakı S-400-lər üzərindən ortaya çıxan böhranın analizi barədəki yazımızı gələcək həftə davam etdirəcəyik. Amma indilik bunu söyləmək kafidir: məsələ əsasən S-400-lər deyil. Məsələ qərbli və qərb tərəfdarı yazıçıların təkidlə vurğuladığının əksinə Türkiyədən daha çox, ümumilikdə Qərbin xüsusi olaraq isə ABŞ-ın dəyişən ilkin plandakı qlobal mənfəətləri və özlərinin mövqe tutma tərzindən qaynaqlanır. ABŞ-ın soyuq müharibə dövründən tamamilə dəyişən və digər ölkələri heç nəzərdə tutmayan ilkin plandakı mənfəətləri dəyişmədiyi müddətdə S-400 yaxud da oxşar böhranların hər zaman yarana biləcəyini vurğulamaq lazımdır.



Әlaqәli Xәbәrlәr