“Müasir zamanlar və Ramazan”
Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Müasir zamanlar və Ramazan” adlı analitik yazısı.
Həftənin analizi_23
Bir Çin atalar sözündə belə bir qarğış var: “Maraqlı zamanlarda yaşayasan”. Çinlilərin dəqiq olaraq neyə işarə etdiyini bilmirik, amma hər şeyə sahib olduğu bir zamanda, müasir insanın qarşı-qarşıya olduğu təhnalıq və dəyərsizlik böhranı ortada ikən, maraqlı zamanlar belə bir şeydir hər halda...
Acınacaqlı müasir insan...
Həqiqətən də müasir dövrlərin təhna insanı digər canlı növlərindən daha acınacaqlı vəziyyətdədir. Müasir insan təbiətə, ənənəyə, dini dəyərlərə, hər növ məhdudiyyətlərə üsyan edərək, sadəcə ağlının avtoritetinə əməl edərək eynilə ilahiliyini elan etmiş durumdadır. Süni intellekt və buna oxşar cəhdlərlə ölməzlik axtarışını davam etdirir. Təəssüf ki, yaradılışı ilahi deyil, fanidir, ölümlüdür. Tarixin başqa bir dövründə müasir insanın bu qədər sərhədsiz arzuları səbəbindən varlıq içində yoxluğu, kütlələr içində tənhalığı, istənilən imkanlar daxilində çarəsizliyi eyni anda yaşayan başqa bir dövr hər halda yoxdur.
Müasir insan... istehlak toplumunun köləsi...Təbiəti, əşyayı, prinsipləri, dəyərləri, ənənələri bir dəfə istifadə edəcək hala gətirib məhv edən bir varlıq...
Müasir insanı hər şeyi istehlak edən eqoizmdan xilas edəcək, bir an dayanıb, ustad Nəcib Fazılın ifadəsilə “dayanın kütlələr bu küçədən çıxılmaz/ hayqırsam qollarımı qayçı kimi açaraq” söylədəcək və özünə qaytaracaq bir dövr ola bilməzmi? Özünü gözdən keçirmə imkanı yaradacaq bir ənənə, bir dövr olabilərmi? Görən dinlər, ideologiyalar, düşüncə tərzləri arasında belə bir ənənə vardırmı deyə sual verilsə, Ramazan ayı düz də belə bir sualın cavabıdır.
Orucun mənası
Müasir insanı bu böhranından, eqoizmindən və təhnalığından xilas edəcək şey sadəcə özü üçün yaşamamasıdır. Her şeyi öz istəklərinin vasitəsi etməməsidir. Ramazan bütün etdikləri və etmədiklərilə insana özünü mühakimə etdirəcək bir aydır.
Bütün insanlığın ən əsas üç problemi hər halda ədalətsizlik, paylaşma olmaması və ayrılıqlarla bir arada yaşaya bilməməkdir. Ramazan ayı bütün bu nöqsanları bir başına ödəyə biləcək bir aydır.
Oruc tutmaq bəlkə də ən az müəyyən saatlar arasında bir şey yeyib içməməkdir. Bundan əlavə bədəni bütün nematlərdən məhrum buraxarkən, hər növ nemətin fərqində olmaqdır. Oruc insanı istehlak köləliyindən xilas edib onu azadlaşdırmağın özgə adıdır. Ramazanda oruc tutan sadəcə medə deyildir. Dildir, zehindir, mövqeyimizdir. Oruc ilkin planda ürəyin təmizliyidir. Davamlı özgəsinin sahib olduğundan daha artığına sahib olmağa cəhd göstərən insanın könül detoksudur. Heç nədən qane olmayanların padzəhəridir.
Bölüşmək və sakitlik ayı...
Ramazan dillər, irqlər, rənglər, ideolojilər, dinlərin üzərində bir bölüşmə, birlik və bərabərlik ayıdır. İslamın qloballığınının bəlkə də ən estetik əks-sədasıdır. Müsəlman icmalardakı ənənəvi iftar proqramlarında, qurulan iftar çadırlarında insana nə olduğu sual edilməz. Yunus Əmrənin ifadə etdiyi kimi “Yaradılan xoş görülər, yaradılandan ötrü”.
İftarların qlobal mesajı və birləşdirmə xüsusiyyəti müsəlman olmayan icmalarda da özünü hiss etdirir. Buralarda müsəlman icmalar qonşuları ilə, müsəlman olmayanlarla iftarlarını bölüşürlər. Bu qlobal mesaja bəzi dövlətlər də əməl edirlər. Hər il Ağ Evdə və bəzi qərbli dövlət məkanlarında iftar proqramları təşkil edilir.
Ramazan ayrıca Türkiyədəki qeyri-hökumət təşkilatlarının ölkə daxilində və xaricində ən çox yardım etdikləri, bütün dünyadan yetimləri, kimsəsizləri, ehtiyacı olanları ən çox sevindirdikləri zamanlardan biridir. Statistikalar ən az cinayətin olduğu zamanın ramazan ayında olduğunu göstərir.
Xatırlama, insanların bir-birinə yaxınlaşması, barışma ayı
Ramazan ayı Türkiyədə ətraflı şəkildə yaşanır. İftar proqramları, obaşdan süfrələri, təravih namazları, Qədir gecəsi və bu gecəyə xas tədbirlər, qəbullar, şənliklər, obaşdan nağara çalanlar, manilər...Bu tədbirlər bütün cəmiyyəti qucaqlayan tədbirlərdir. Hər ramazanda dəyişik tədbirlər keçirilir. Ramazanda hər kəs bir-birini xatırlayır, yaxınlaşır, barışır. Bu çərçivədə bayramdan əvvəl, ərəfə günü qəbiristanlığa gedilir, vəfat edənlər də xatırlanır. Şair Səzai Karakoçun ifadəsilə “Məzarlardan ucalan bir bahar”ı yaşadır bizə. Bu ziyarətlər dünya həyatının müvəqqəti olduğunu xatırladır və kainatdakı ontolojik mövqəyimizi də öz yerinə otuzdurur. Vaz keçə bilmədiyimiz her şeyin, ciddi problemlərin müvəqqəti olduğunu xatırlayırıq, bir daha özümüzə gəlirik. Ramazanda ayrıca küs olanlar barışırlar. Dostlar, əqrabalar, qonşular, yoldaşlar bu ay bir-birini ziyarət edir. Bayram təbrikləri, ziyarətləri, müasir insanın tənhalığını dostluğa, söhbətə olan həsrətinə son qoyur. Xoş bəxtik ki, Türkiyədə bir statistikaya görə, insanlar bayramlarda 84 faiz nisbətində yaxınlarını ziyarət edirlər.
Prof. Kudrət Bülbül sözlərini bir təklif irəli sürərək başa çatırır:
“Ramazan ayı müasir insanı zəncirlərindən xilas edən, onu azadlaşdıran, ətrafına, ictimaiyyətə, digər canlılara, təbiətə qarşı daha həssas hala gətirən bərəkəti, dincliyə və dünya sülhünə verdiyi töhfə ilə UNESCO-nun qeyri-maddi irs siyahısına salınması vacib olan bir aydır. Ya da dünya sülhünə töhfə mükafatları, şəxs yaxud qurumlardan başqa birinə veriləcəksə buna ən uyğun namizəd ramazan ayıdır”.
Ramazanınız, bayramınız mübarek olsun...