“Fransa: Yakobin dünyəviliyi”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Fransa: Yakobin dünyəviliyi” adlı analitik yazısı.

“Fransa: Yakobin dünyəviliyi”

Həftənin analizi_22

Türkiyənin yaxud yaşadığınız ölkənin azlıq məktəblərində ailələrin yəhudi və xristian geyimlərilə, uşaqları ilə birlikdə məktəblə gəzməyə getmələrinin qadağan olunduğunu düşünün. İnana bilməzsiniz deyilmi? Bu əsrdə belə bir şey necə olar? Bu, necə bir iptidailik, mürtəcəlik, fanatiklikdir.

Bunların baş verdiyi ölkə Türkiyə deyil, Fransadır. Fransa müsəlmanlar üçün dəqiq olaraq belə bir qərar vermək yolunda addımlayır.

Fransada Senat hökumətin hazırladığı məktəb qanunu çərçivəsində məktəb gəzmələrində uşaqlara müşayiət edən ailə yaxınlarının hicab örtmələrini qadağan edən maddəni təsdiqlədi. Qanunun qüvvəyə minməsi üçün Məclisdə də təsdiq olunması vacibdir.

Fransanın təhsil naziri Blanquer məktəb gəzmələrində valideynlərin dini simvollar daşımaması üçün əlindən gələni edəcəyini bildirdi. Hicablı anaların, şagird yaxınlarının, iptidai məktəbdəki uşaqların məktəb gəzmələrində iştirak etməsini dünyəvilik prinsibi irəli sürülərək qadağan edən layihə məktəb gəzmələrində valideynlərin “müvəqqəti dövlət işçisi” xüsusiyyətinə sahib olması səbəbindən dini hərhansı bir simvol daşımaması səbəbinə əsaslanır.

Fransada, qərbli bir çox ölkədə, xüsusilə Avstriyada bu və buna oxşar qadağanedici arxaik tətbiqlər və yozumlar artıq adi hal aldı. Sadəcə bu tətbiq daha əvvəl də işarə edildiyi kimi Qərbin necə bir özünə inam və azadlıqlar böhranı içərisində olduğunu görmək üçün kifayətdir. Biz də nümunələri artırmadan Fransadakı tətbiq vasitəsilə  necə bir məntiqsizliklə, necə bir azadlıq böhranı ilə qarşı-qarşıya olunduğuna, totalitarlığa sarı necə sürətlə hərəkət edildiyinə toxunmaq istəyirik. Qanun yəhudi və xristianlar cəhətdən belə bir şeyi nəzərdə tutmadığı üçün bərabərlik baxımından tənqid edilə bilər. Lakin fərqli həyat tərzlərini aradan qaldıran, təzyiqçi, iptidai və dini azadlıqlara, insan hüquqlarına zidd bir qərarın bərabərlik adından hər kəsə tətbiq edilməsini də istəmək əsasən başqa qəribəlikdir. Düzdür bərabər olma hüququna da ziddir

Məqsədindən yayınıb təzyiq vasitəsinə çevrilən bir dünyəvilik

Qərb üçün dünyəvilik din müharibələrindən xilas olmaq üçün müsbət və müasir bir addımdır. Fərqli həyat tərzlərinin yaşama haqqını, din azadlığını qorumağa istiqamətli inkişaf etdirilmiş bir mexanizmdir. Bizim tariximiz baxımından isə, dinlər əsasən bütün fərqli cəhətlərilə birlikdə yanaşı yaşayırdılar. Qərbdə dünyəvilikdən gözlənən xeyir İslamın tolerantlı və plüralist yozumu ilə artıqlaması ilə qarşılanırdı.

İsrailli tarix professoru, son zamanların populyar yazıçısı Yuval Noah Hararinin ifadələri bu vəziyyəti açıq-aşkar ortaya qoyur:

“Orta əsr Avropasında tolerantlıqdan əsər yox idi... 1600-cü illərdə Parisdə hər kəs katolikdi. Bir protestant şəhərə girdiyi zaman onu öldürürdülər. Londonda hər kəs protestant idi. Bir katolik şəhərə daxil olduğu zaman onu qətlə yetirirdilər. Həmin illərdə Avropada yəhudilər sürülürdü. Heç kəs müsəlmanları istəmirdi. Halbuki həmin dövrdə İstanbulda fərqli məzhəblərdən müsəlmanlar, katoliklər, ermənilər, ortodokslar, rumlar, bolqarlar yanaşı xoşbəxt yaşayırdılar.”

Qərbdə dünyəvilik müxtəlif inancları, həyat tərzlərini bir yerdə tutmağın vasitəsi və mexanizm kimi qəbul edilmiş olsa da, biz, xüsusilə də Fransa praktikasında dünyəviliyin, ümumlikde din adına zülm vasitəsinə çevrildiyini müşahidə edirik. Yuxarıdakı nümunədə göründüyü kimi, yalnız siyasi deyil, dinlər bütün yaşayış sahələrindən kənara çıxarılmağa çalışılır. Bir dinin zülmünün qarşısını almaq üçün cəhd göstərilərkən, dünyəvilik həyatın bütün sahələrində bütün dinlərə təzyiqə edən eyinilə yeni bir dinə çevrildi. Çərçivəsini din xadimlərinin deyil, Məclislərin və məhkəmə qurumlarının müəyyən itdiyi sanki yeni bir din.

Dünyəviliyin fərqli həyat tərzlərinin həyat sahələrini bu qədər məhdud edən, təzyiqçi və yakoben tətbiqini gördükdə, belə ölkələr hansı din adından idarə olunsalar, fərqliliklərə qarşı dahamı təzyiqçi olardı deyə insan düşünür. Dünyəvilik səbəbindən fərqli inanc və həyat tərzləri ictimai həyatdan tamamilə kənarda tutulacaqdırsa təhsil, mədəniyyət, siyasi sahə tamamilə dünyəviliyə uyğun nizamlanacaq və ictimai həyatın tamamilə dünyəvi fərdlərdən təşkil tapması məqsəd götürüləcəksə belə bir dünyəvilik yozumunun tamamilə nasist fərdlər yaxud da kommunist fərdlər yaratmağa cəhd göstərən totalitar sistemlərdən fərqi nə ola bilər?  

Uşaq üzərində söz demək hüququ kimə aiddir?

Yakobin dünyəvilik anlayışının ən çox təzahür etdiyi yaxud da müdafiə olunduğu sahələrdən biri uşaqların fərqli inanclara qarşı “qorunması”dır. Məktəb gəzmələri nümənəsində olduğu kimi uşağı dünyaya gətirən ailənin dini şəxsiyyətilə uşağı ilə gəzməyə gedə bilməsi qadağan edilib. Bu vəziyyətdə təhsilini, mədəniyyətini, şəxsiyyətini müəyyənləşdirmə mövzusunda uşaq haqqında söz demək hüququ kimə məxsusdur sualı ortaya çıxır. Dövlətmi? Ailəmi? Əgər bu sualın cavabı dövlət isə kommunizmi, faşizmi, nasizmi nə adından tənqid edəcəyik? Yaxud da dövlət o uşağı dünyaya gətirən ailəyə baxmayaraq nə üçün belə bir hüquqa sahib olsun? Ailə uşağına təməl insan haqqlarına zidd, terrorçu bir şəxsiyyət qazandırmağa cəhd göstərirsə dövlət əlbəttə müdaxilə etməlidir. Amma adi şərtlərdə uşağının necə bir şəxsiyyətə sahib olacağı mövzusunda söz demək haqqı şübhə yoxdur ki, ailəsidir.

Anqlo-Sakson-qitə Avropası dünyəviliyi

Sekulyarlıq olaraq da ifadə edilən anqlo-sakson dünyəviliyi din xadimlərinin sahəsinə müdaxilə mane olma məqsədi daşıyır. Yenə də bu ölkələrdə din dövlət əlaqələri daha çox iç-içədir. İngiltərədə kraliça rəsmi olaraq həmin zamanda Anglikan kilsəsinin də sədridir. Avropada isə “qədim rejimin” dağılmasından sonra dünyəviliklə məqsəd götürülən, ziyalanma ilə nəzərdə tutulan, dinin, ənənənin, vasitçi qurumların sadəcə siyasi sahədən deyil, ictimai sahədən də kənara çıxarılması heç bir yerdə qarşılaşılmayacaq şəkildə görünməyən bir sahəyə həbs edilməsidir. Bu yanaşma Fransa inqilabı kimi çox qanlı inqilabların Hitler və Mussolini kimi çox qanlı liderlərin anqlo-sakson ölkələrində deyil, qitə Avropasında çıxması bu gün də bu coğrafiyanın irqçi partiyaların ən çox hakimiyyətdə olduğu coğrafiya olmasının əhəmiyyətli səbəblərindən biridir. Çünki dinin, ənənənin və fərd ilə dövlət arasında vasitəçi qurumların tamamilə ortadan qaldırıldığı, hər şeyin qurucu ağlın rasyonallığına endirildiyi bir vəziyyətdə deməli, o ağlı və o ağlın üzərində yüksəldiyi dövləti və lideri məhdud edəcək heç bir ünsür qalmayıb.

Sözlərimizi fransız qadın yazıçı Simone De Bauvoirin bir sözü ilə bitirmək istəyirik:

“İnsan üçün ortaya qoyulan ideologiyalara o qədər bağlandıq ki, insanı unutduq.”

 



Әlaqәli Xәbәrlәr