“Türkiyə təcrübəsi: Xorasan yolu”

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Türkiyə təcrübəsi: Xorasan yolu” adlı analitik yazısı...

1200936
“Türkiyə təcrübəsi: Xorasan yolu”

Həftənin analizi_20

“Həyata müsbət nəzər salan insanlar üçün bədbin yazılar yazmaq heç də asan deyil. Sizlərlə sülhə, dincliyə üz tutmuş bir dünyadan, daha çox azadlıq mahnılarından, qardaşlıq muştuluqlarından, qarşıdurmalardan deyil, daha çox paylaşmalardan bəhs edən analiz yazılar təqdim etməyi çox istərdim” deyir Kudrət Bülbül və sözlərini belə davam etdirir: “Təəssüf ki, ABŞ, Rusiya, Çin və digər aktyorların mərkəzdə olduğu  hər gün daha çox toqquşmaların yarandığı bir dünyaya üz tuturuq. Qlobal aktyorlarla yanaşı fərdi və yaxud da təşkilatlı térror, fərqliliklərimizlə  birlikdə yaşamaq istədiyimiz insanlıq ailəmizin həyat dairəsini hər gün bir qədər daha məhdud edir. Qərbli ölkələrin getdikcə İkinci Dünya müharibəsi əvvəlindəki bir vəziyyətə üz tutması fərqiliklərə yönəldilmiş öldürücü hücumlar, manqurdlaşmış bir düşüncəyə sahib DEAŞ, Yeni Zelandiya və Şri-Lankada yaşananlar, Tarrantizm, Evangelizm kimi əhvalatları xatırladıqda insanın ruh dünyası tamamilə bədbinləşir.

İrəliyə baxışımızı hər gün bir qədər də qaranlığa qərq edən bu hadisələr qarşısında həm İslam dünyasını həm də qlobal dünyanı dincliyə, birlikdə yaşamağa dəvət edəcək daha qlobal bir dilə, yanaşmaya ehtiyacımız var. Daha düzünü dəsək, hər kəsi müəyyən dəyərləri qəbul etməyə, yaşamağa dəvət edən qlobal bir əxlaqa ehtiyacımız var.

Başqa sahələrdə də olmaqla, amma xüsusilə dini sahədə plüralizmin mənimsəndiyi və səmimi olaraq tətbiq olunduğu bir vəziyyət insanlıq ailəmizin problemlərini ciddi nisbətdə həll edə bilməzmi?

İnsanlar özü kimi olanı daha çox sevə bilər. Lakin bunu edərkən nə üçün yadlaşdırır, bəzilərini kənarda qoyur, düşmən kimi rəftar edir?

Fərqlilikləri təhdid olaraq görmək əvəzinə onları bir fürsət, zənginlik olaraq görmək, onlara tolerantlıqla nəzər salmaq, sülh və dinclikdən özgə nə gətirə bilər?

Sadəcə almağı deyil, verməyi, paylaşmağı da düşünmək və tətbiq etmək xoşbəxtlik və sabitliyin əsas mənbəyi deyilmi?

Fərqli olanı təhqir etməmək, fərqli dil, din, rəng, irq, ideologiya və anlayışı bir üstünlük qaynağı kimi görməmək, bir arada yaşaya bilməyin əsas mənbəyi deyilmi?

Əslində yuxarıda ifadə etdiyimiz dəyərlərin əksəriyyəti bu gün qlobal dəyərlər olaraq tanınmış dəyərlərdir. Lakin əvvəlki yazımızda da işarə etdiyimiz kimi eynilə “dəyərlərin axırı”nın elan edildiyi bir əsrdə yaşayırıq. Hazırda hər bir dəyərin birbaşa pozulduğu bir dünya ilə qarşı-qarşıyayıq. Digər tərədən mücərrəd olaraq qəbul edilən və müəyyən razılaşmalarda yer alan, amma qəbul edilməmiş dəyərlər yaxud da prinsiplər ümumilikdə sadəcə kağız üzərində qalır. Hazırda daha çox qarşıdurma, radikallaşma, assimilyasiya, yadlaşdırma, təzyiq etmə dünyanın hər tərəfindədir.

Bəs, yuxarıda ifadə edilən dəyərlərin konkret olaraq ifadəsindən başqa, daha əxlaqi bir mövqe ilə dəstəklənmiş tarixi bir reallığı varmı?

Bizim mədəniyyətimiz cəhətdən bu suala rahat şəkildə “bəli” deyə bilərik.

Xorasan bölgəsindən bütün dünyaya yayılan bir dərk, anlayış, qavrayış əsasən yuxarıda ifadə etdiyimiz və edə bilmədiyimiz bir çox dəyərlərə, bu dəyərlərin mənimsənməsinə, əxlaqi bir mövqe ilə dəstəklənməsinə isnad edir. Bu yol Xorasan, Yəsəvilik, Sufilik, Xorasan övliyaları, Mövləvilik kimi fərqli adlarla da adlandırıla bilər. Necə adlandırılarsa adlandırılsın möhdəvası oxşar şəkildə doldurulur. Bu yola Xorasan yolu dəməyi uyğun gördüm.

İlkin Xorasan haradır, onu deyək. İran, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın bir hissəsini əhatə edəcək şəkildə Merv, Herat, Nişabur, Belx, Buxara, Səmərqənd şəhərlərinin də yerləşdiyi tarixi bölgə Xorasan olaraq adlandırılır. Başda Xoca Əhməd Yəsəvi olmaqla Şahı Nakşibəndi, Mövlanə Cəlaləddin Rumi, Hacı Bayram Vəli, Hacı Bəktaş Vəli kimi adlar Xorasan qaynaqlıdır. Ahi Əvran, Yunus Əmrə, Sarı Saltuk, Somoncu Baba, Gül Baba kimi adlar da həmin yoldan davam ediblər.

Bu adların əsas xüsusiyyəti, içində yer aldıqları İslam mədəniyətinin qlobal mesajını yayarkən əsla yadlaşdırmamaları, kənarda qoymamaları, fərqli olana qarşı yuxarıdan baxmamaları, dini/mədəniyyət/ ictimai plüralizmə və tolerantlığa sahib olmalarıdır.

Hazırda qlobal dəyərlər kimi tanınmış bu əsaslar sadəcə mənimsəməklə kifayətlənməyib, bu əsaslar həyat tərzlərinin, əxlaqi mövqelərinin də bir vacibatı halına gətirilib. Həmin səbəbə görə, Qərbdə fərqli inanc sahibləri inkvizisiyaya göndərildikdə, dəniz fənərləri kimi görülə biləcək bu qiymətli şəxslərin cəhdi və rəhbərliklərilə Osmanlı coğrafiyasında əksəriyyəti təşkil edən müsəlman olmayanlar öz inancları ilə rahat şəkildə yaşamağa davam ediblər. Hazırda bu qlobal dəyərləri bayraq kimi qoruyub saxlamasına baxmayaraq, Xorasan yolunun ortaya qoyduğu bu baxışı bir çox ölkədə görə bilmirik.

Xorasan Yolunun əsas prinsiplərini Mövlanənin yeddi nəsihəti çox gözəl şəkildə ortaya qoyub.

Comərdlik və yardım etməkdə çay kimi ol.

Şəfqət və mərhəmətdə günəş kimi ol.

Özgələrinin qüsurunu örtməkdə gecə kimi ol.

Qəzəb və əsəbilikdə ölü kimi ol.

Təvazökarlıqda torpaq kimi ol.

Dözümlülükdə dəniz kimi ol.

Ya olduğun kimi görün ya da göründüyün kimi ol.

Hz. Əlinin  “İnsanlar ya yaradılışda yoldaşın və yaxud da dində qardaşındır" ifadəsi Xorasan yolunun əsas fəlsəfəsini ortaya qoyur.

Xorasandan başlayaraq bütün dünyaya yayılan bu yola, bu baxışa, bu təcrübəyə əslində Türkiyə təcrübəsi də deyə bilərik.

Türkiyə təcrübəsi bu səbəbdən bu gün istər müsəlmanların və istərsə insanlığın qarşı-qarşıya qaldığı getdikcə qapanmağın, marginallığın qarşısının alınmasında həll potensialına sahib bəlkə də yeganə təcrübələrdən biridir. Qlobal şər mərkəzlərinin öz mənfəətləri üçün məqbul olan hər şeyi məhkum edən, bir ənənəsi olmayan, həddindən artıq, köksüz, hər şeyi qızışdıran yanaşmaları bəlkə qısa müddətdə məqsədlərinə xidmət göstərə bilər. Orta və uzun müddətdə, insanlıq üçün sülh, bir ənənəyə əsaslanan, tarixi praktikası olan, əxlaqi baxımdan mənimsənmiş Xorasan yolu kimi ifadə edilə biləcək bir yanaşmadır”.



Әlaqәli Xәbәrlәr