Dövlət başçısı Ərdoğan Türkmənistanda görüşlǝr keçirir

Әrdoğan terrora qarşı beynǝlxalq ictimaiyyǝtin üzǝrine daha çox mǝsuliyyǝt götürmǝsinin vacibliyini vurğulayıb.

406938
Dövlət başçısı Ərdoğan Türkmənistanda görüşlǝr keçirir

Türkmənistanın “daimi tǝrǝfsizliyi”nin 20-ci ildönümü çǝrçivǝsindǝ keçirilən konfransa qatılan Әrdoğan terrora qarşı beynǝlxalq ictimaiyyǝtin üzǝrine daha çox mǝsuliyyǝt götürmǝsinin vacibliyini vurğulayıb.
Sabitsizliyin artdığı, terror tǝhdidinin yayğınlaşdığı bir dövrdǝ keçirilǝn bu konfransın belǝ bir vaxtda keçirilmǝsi baxımından da ǝhǝmiyyǝtli olduğunu dilǝ gǝtirǝn Dövlǝt başçısı bildirib ki, beynǝlxalq cəmiyyətin və təşkilatların ən çox məsuliyyət üzǝrinǝ götürməsinin lazım olduğu bir prosesdən keçirik. Sülh və sabitliyi təhdid edən münaqişələr ilə bu münaqişələrin ortaya çıxardığı qeyri-müəyyənliklər bütün ölkələrǝ təsir edir. Dinc sakinlǝrin ölüm halları və kütləvi köç hadisələri səbəbiylə humanitar mǝsǝlǝnin ön plana çıxdığı bu münaqişələrin beynəlxalq hüquq və əməkdaşlıq çərçivəsində yaxın zamanda həllini edilməsini arzu edirik.
Dövlǝt başçısı Türkmənistanın “daimi tǝrǝfsizlik” gününü də təbrik edib.
Türkmenistanın regional və qlobal sülhə nail olmağa yönəlmiş təşəbbüslərini Türkiyənin də dəstəkləməyə davam edəcəyini deyib.
Әrdoğan gün ərzində, konfransa qatılan bəzi liderlər ilə də ikitərəfli görüşlər keçirəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr