R.T.Ərdoğan:"Məscid yandıranın birgə keçmişimizdə və gələcəyimiz

Dövlət başçısı Rəcəb Tayyip Ərdoğan “Türkiyə, terror təşkilatı PKK min dəfə silaha əl atsa, min dəfə o başı kəsmək gücündə olan bir ölkədir” deyib.

403977
R.T.Ərdoğan:"Məscid yandıranın birgə keçmişimizdə və gələcəyimiz

Dövlət başçısı Rəcəb Tayyip Ərdoğan “Türkiyə, terror təşkilatı PKK min dəfə silaha əl atsa, min dəfə o başı kəsmək gücündə olan bir ölkədir” deyib.
Ərdoğan, “Biz Balkanlardakı ata yadigarı məscidləri qorumağa çalışdığımız, dünyanın dörd bir tərəfində azan səsini yüksəltməyə çalışdığımız bir vaxtda Diyarbəkirdə məscid yandıran, azanı susduran bir təşkilatın birgə keçmişimizdə və gələcəyimizdə yeri yoxdur” deyib.
Dövlət başçısı iqamətgahında kǝndxudaları qəbul edən Ərdoğan PKK terrorçularının 500 illik Fatih Paşa Məscidini yandırması hadisəsinə toxunub.
Ərdoğan, “Bu hadisə ilk növbədə kürd qardaşlarımızın mədəniyyətlərinə, tarixlərinə hücumdur. Aparılan dava kürd qardaşlarımızı haqqlarına qovuşdurmaq deyil, köklərindən qoparmaqdır. Eyni zamanda bu mədəni soyqırım təşəbbüsüdür” deyə bildirib.
Çıxışında bölgə xalqına da səslənən Ərdoğan terror təşkilatının bu ölkə ilə, bu millət ilə, xüsusilə də bölgə xalqının dəyərləri ilə heç bir ortaq tərəfi olmadığının artıq göz qabağında olduğunu, dövlətin, tam bir layihə olan terror təşkilatının küçələrdən, məhəllələrdən, bölgələrdən çıxarılıb atılmasına köməklik etməsini istəyib.
“Bu dövlət sizi özbaşına buraxmayacaq. Tez-tez sizinlə bərabər oralarda olacaq. Çünki sizin qarşınızda duranlara qarşı təhlükəsizliyinizi biz qorumalıyıq” deyə Rəcəb Tayyip Ərdoğan bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr