Dövlǝt başçısı Ərdoğan Qətərin paytaxtı Dohada sǝfǝrdǝdir

Qətər Əmiri Şeyx Tamim Bin Həməd Al Tani, Ərdoğan üçün bu gün rəsmi qarşılama mərasimi keçirəcək.

397308
Dövlǝt başçısı Ərdoğan Qətərin paytaxtı Dohada sǝfǝrdǝdir

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan dünən Qətərin paytaxtı Dohaya sǝfǝr edib.
Qətər Əmiri Şeyx Tamim Bin Həməd Al Tani, Ərdoğan üçün bu gün rəsmi qarşılama mərasimi keçirəcək.
Ərdoğan Qətər Əmiri ilə 19 Dekabr 2014 tarixində Ankarada imzaladığı, "Türkiyə Cümhuriyyǝti ilə Qətər Dövləti arasında yüksək strateji komitə yaradılmasına dair birgə razılıq" çərçivəsində tǝşkil edilǝn Yüksək Strateji Komitənin birinci iclası və imza mərasiminə qatılacaq.
Dövlǝt başçısı Əmir Al Tani ilə təkbətək görüş keçirǝcǝk sonra da Əmirin şərəfinə verəcəyi rəsmi nahar yeməyinin ardından Yunus Əmrə Mədəniyyət Mərkəzinin açılış mǝrasiminǝ qatılacaq.
Әrdoğan Qǝtǝr Universiteti tərəfindən ona veriləcək “fǝxri doktorluq” diplomunun təqdimetmə mərasiminə qatıldıqdan sonra, Doha Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində də iştirak edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr