Mövlud Çavuşoğlu Azərbaycanda görüşlərini davam etdirir

“Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması üçün səylərini göstərməyə hazırdır”.

394159
Mövlud Çavuşoğlu Azərbaycanda görüşlərini davam etdirir

“Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması üçün səylərini göstərməyə hazırdır”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir.
Çavuşoğlu əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna hörmət və ehtiramını bildirib. Daha sonra şəhidlər xiyabanına gələrək canlarından keçmiş vətən övladlarının xatrisəni anıb eləcə də Türk Şəhidliyini ziyarət edib.
Çavuşoğlunu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev iki ölkənin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.
Söhbət zamanı dövlət başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd edib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.
Qeyd edǝk ki, Mövlud Çavuşoğlu Bakıda Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla da bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr