Vladimir Putin: "Bu arxadan vurulan zərbədir"

Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirib.

421840
Vladimir Putin: "Bu arxadan vurulan zərbədir"

Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasına münasibət bildirib.
Vladimir Putin vurulan təyyarənin 6 min metr yüksəklikdə və türk torpaqlarından 1 km uzaqlıqda uçduğunu önə çəkərək, “arxadan vurulduq” deyə bildirib.
İordaniyada rəsmi səfərdə olan Vladimir Putin insidentin Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir edəcəyini vurğulayıb.
Putin, vurulan təyyarənin Suriyada DEAŞ üzvü olan terroristlərə qarşı hücumlar təşkil etdiyini də dilə gətirib. “Pilotlarımız həmin ərazidə terrora qarşı mübarizə aparıblar. Biz çoxdan müəyyən etmişik ki, Türkiyə ərazisində DEAŞ-ın nəzarətində olan yataqlardan gətirilmiş neft daşınır”
NATO isə Türkiyənin çağırışı ilə növbədənkənar toplantı keçirir.
Türkiyə heyəti toplantıda Rusiya təyyarəsinin vurulduğu koordinatlar da daxil olmaqla, məsələ ilə bağlı mütəffiqləri ilə birgə məlumatı paylaşacaq.
BMT TŞ-nın daimi üzvləri ABŞ, İngiltərə, Fransa, Çin və Rusiyanın Anakaradakı təmsilçiləri Xarici İşlər Nazirliyinə çağrılılaraq hadisə ilə bağlı məlumatlandırılıb.Rusiya Xarici İşlər naziri Sergey Lavrov baş verənlər qarşısında Türkiyəyə sabah edəcəyi səfərindən imtina edib.
Rusiya təyyarəsinin vurulması, Ankarada dövlət başçısı Rəcəp Tayyib Ərdoğanın başçılığı ilə keçiriləcək Təhlükəsizlik Sammitində müzakirə olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr