Türkiyə hava məkanını pozan hərbi təyyarə vurulub

Dövlət başçısı Baş Qərargah rəisi Hulusi Akardan bununla bağlı məlumat alıb.

421683
Türkiyə hava məkanını pozan hərbi təyyarə vurulub

Suriyanın Bayırbucak bölgǝsindǝ Türkiyǝ sǝrhǝddi yaxınlığında “Su 24” tipli döyüş tǝyyarǝsi düşürülüb.
Cümhurbaşqanlığı mǝnbǝlǝri tǝyyarǝnin Türkiyǝnin hava mǝkanını tapdaladığı vǝ xǝbǝrdarlıqlara da ǝmǝl etmǝdiyinǝ görǝ beynǝlxalq hüquqlar çǝrçivǝsindǝki ǝsaslara görǝ vurularaq düşürüldüyünü bildirib.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Suriya sǝrhǝdindǝ hava mǝkanını pozan tǝyyarǝnin düşürülmǝsi hadisǝsini yaxından izlǝyǝrǝk Baş Qǝrargah rǝisi Hulusi Akardan hadisǝ haqqında mǝlumat alıb.
Baş Qǝrargah Rǝisliyi tǝrǝfindǝn verilǝn açıqlamada isǝ bildirilib ki, saat 09.20 radǝlǝrindǝ Hatay vilayǝtinin Yayladağı bölgǝsindǝ Türk hava mǝkanını tapdalayan hansı ölkǝyǝ aid olduğu mǝlum olmayan bir tǝyyarǝ 5 dǝqiqǝ ǝrzindǝ 10 dǝfǝ xǝbǝrdarlıq edilmǝsinǝ baxmayaraq Türkiyǝnin hava mǝkanını pozmuşdur. Hǝmin tǝyyarǝyǝ müǝyyǝn ǝsaslar çǝrçivǝsindǝ 24 noyabr 2015 saat 09.24-dǝ bölgǝdǝ havada keşik vǝzifǝsini yerinǝ yetirǝn iki ǝdǝd F-16 döyüş tǝyyarǝmiz tǝrǝfindǝn müdaxilǝ edilmişdir.
Tǝyyarǝnin düşdüyü Yayladığında ǝtrafa yayılan tǝyyarǝnin qalıqları iki nǝfǝri yaralayıb.
Digǝr tǝrǝfdǝn Türkiyǝnin hava mǝkanını pozmadığını irǝli sürǝn Rusiya Müdafiǝ Nazirliyi Suriyada bir tǝyyarǝlǝrinin düşürüldüyünü güman etdiklǝrini, pilotların aqibǝtinin isǝ müǝyyǝn olmadığını açıqlayıb.
Rusiya Müdafiǝ Nazirliyi “tayyǝrǝnin ehtimal ki, qurudan vurulduğunu” da bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr