BMT-nin Qlobal İqlim dəyişikliyi Konfransına nazirlər səviyyəsi

Fransanın paytaxtı Parisdə noyabrın 30-da başlayacaq BMT-nin Qlobal İqlim dəyişikliyi Konfransına nazirlər səviyyəsində hazırlıq iclası keçirilir.

413630
 BMT-nin Qlobal İqlim dəyişikliyi Konfransına nazirlər səviyyəsi

Fransanın paytaxtı Parisdə noyabrın 30-da başlayacaq BMT-nin Qlobal İqlim dəyişikliyi Konfransına nazirlər səviyyəsində hazırlıq iclası keçirilir.
Fransanın Xarici İşlər Nazirliyində təşkil olunan tədbirə 60-ı nazir səviyyəsində 76 ölkənin təmsilçisi qatılıb.
Toplantıda Türkiyəni Ətraf mühit və Şəhərsalma naziri İdris Güllücə təmsil edir.
Konfransda konkret bir qərarın verilməsinin önəmi vurğulayan Fransanın xarici işlər naziri Laurent Fabius bu toplantının müsbət nəticə verəcəyini dilə gətirib.
Fabius tədbirdə qlobal istiləşmənin 2 dərəcəyə qədər endirilməsini söyləyərək 4 fərqli qrupun səy göstərəcəyini ifadə edib.
Perunun Ətraf Mühit naziri Vidal isə anlaşma layihəsinin mətni üzərində bütün tərəflərin razılığı olduğunu söyləyib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin daxil olmaqla 196 ölkədən nümayəndə istixanalardan havaya atılan qazların azaldılması və iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə noyabrın 30-dan dekabrın 11-dək Parisdə təşkil olunacaq konfransda bir araya gələcək.
İmzalanan müvafiq razılaşmaların 2020-ci ildə yekunlaşması məqsədi ilə Parisdə ən azı 10 il qüvvǝdǝ olacaq yeni vədlərə əməl olunacağı gözlənilir.
Parisdəki razılaşmada ilkin olaraq maliyyə çətinlikləri ortaya çıxaçaq. Varlı ölkələr kasıb ölkələrǝ istixana qazlarının havaya atılmasının azaldılması üçün ehtiyac duyduğu téxnologiya ilǝ tǝmin etmǝsi barǝdǝ sözlǝr vermǝlidir.
Varlı ölkələr 2009-cu ildə Kopenhagendə bu çərçivədə istifadə olunan yaşıl texnologiyanın kasıb ölkələrdə tətbiqi üçün 30 milyard dollar maliyyə dəstəyi verəcəyini açıqlamışdı. Lakin Parisdə təşkil olunacaq zirvə toplantısında 2020-ci ildən sonra da bu dəstəklərin davam edib-etməyəcəyinin dəqiqləşdirilməsinə ehtiyac var.
Maliyyə dəstəyinin də haradan əldə olunması da ortaya çıxan problemlər sırasındadır. Bǝzilǝri varlı ölkələrin dövlətin gəlirlərinin maliyyə dəstəyi üçün yetərli olduğunu, bǝzilǝri isə hökumətlərin bu yükü daşıya bilmǝyǝcǝklǝrini və özəl sektördan dəstək almağı irəli sürürlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr