Seçkinin qalibi Әdalǝt vǝ İnkişaf Partiyası
Әdalǝt vǝ İnkişaf Partiyası sǝslǝrin 49,4 faizini götürdü vǝ 317 yer qazanaraq tǝkbaşına hökumǝti formalaşdırma hüququ ǝldǝ etdi.
Әdalǝt vǝ İnkişaf Partiyası sǝslǝrin 49,4 faizini götürdü vǝ 317 yer qazanaraq tǝkbaşına hökumǝti formalaşdırma hüququ ǝldǝ etdi.
Әdalǝt vǝ İnkişaf Partiyasını 25,3 faizlǝ CHP, 11,8 faizlǝ MHP, 10,7 faizlǝ HDP izlǝdi.
AK Partiya 7 iyun seçkilǝrilǝ müqayisǝdǝ parlamentdǝki yer sayını 59 millǝt vǝkili artıraraq 258-dǝn 317-yǝ çıxarıb.
Cümhuriyyǝt Xalq Partiyası millǝt vǝkili sayını 2 artıraraq Mǝclisdǝki yer sayını 134-ǝ yüksǝldib.
Qeyri-rǝsmi nǝticǝlǝrǝ ǝsasǝn MHP 40, HDP isǝ 21 millǝt vǝkili ilǝ tǝmsil edilǝcǝk.
HDP-dǝn 18, MHP-dǝn 36, CHP-dǝn isǝ 4 millǝt vǝkilliyi AK Partiyaya keçib.
AK Partiyanın millǝt vǝkili sayını ǝn çox artırdığı vilayǝt İstanbul olub.
İstanbul miqyasında 39 millǝt vǝkilliyi olan AK Partiyanın bu seçkidǝki millǝt vǝkili sayı 46-ya çıxıb.
AK Partiya 7 iyunda millǝt vǝkili qazana bilmǝdiyi Ağrı vǝ İğdırdan da hǝrǝsindǝn bir yer qazanıb.
Cümhuriyyǝt Xalq Partiyasının millǝt vǝkili sayı 2 artaraq 132-dǝn 134-ǝ çıxıb.
CHP AK Partiya qarşısında itirdiyi 4 millǝt vǝkili müqabilindǝ MHP vǝ HDP-dǝn hǝrǝsindǝn 3 millǝt vǝkilliyi qazanıb.
MHP 7 iyun seçkilǝrindǝ 16,29 faiz sǝs toplama nisbǝtini 11,95 faizǝ endirǝrǝk 39 yer itirib.
Sǝs nisbǝti 13,12 faizdǝn 10,67 faizǝ enǝn HDP-nin millǝt vǝkili sayı 80-dǝn 59 düşüb. HDP 19 seçki bölgǝsindǝ 21 yer itirib.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.