Rusiyanın yeni açıqlaması

Rusiya Türkiyǝ hava mǝkanının pozulmasına dair yeni açıqlama yayımlayıb.

389778
Rusiyanın yeni açıqlaması

Rusiya Türkiyǝ hava mǝkanının pozulmasına dair yeni açıqlama yayımlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyǝ ilǝ yaxşı ǝlaqǝlǝri davam etdirmǝyǝ ümid etdiklǝrini söylǝyib.
Rus hava qüvvǝlǝrinin Suriyadakı ǝmǝliyyatlarına toxunan Peskov deyib ki, bu ǝmǝliyyatlarla Türkiyǝnin sǝrhǝdlǝrini qorumağı da mǝqsǝd götürmüşük.
Digǝr tǝrǝfdǝn hava mǝkanının son vaxtlarda tapdalanması Türkiyǝ Silahlı Qüvvǝlǝrinin addım atmasına sǝbǝb olub.
Ehtimal olunan hava mǝkanı pozuntularının qarşısının alınması mǝqsǝdilǝ havada erkǝn xǝbǝrdarlıq vǝ kǝşfiyyat imkanı yaradan “HİK” növ tǝyyarǝ sǝrhǝd mǝntǝqǝsindǝ vǝzifǝlǝndirilib.
Artıq hǝr hansı tǝhdidi “HİK” növ tǝyyarǝ öncǝdǝn müǝyyǝnlǝşdirǝcǝk, lazım gǝldikdǝ ortadan qaldıracaq.
Türkiyǝ-Suriya sǝrhǝd mǝntǝqǝsindǝ hava kǝşfiyyat vǝ sǝrhǝd tǝhlükǝsizliyini F-16 növ tǝyyarǝlǝr tǝmin edir.
“Sülh qartalı layihǝsi” çǝrçivǝsindǝ satın alınan vǝ sǝrhǝdlǝrin tǝhlükǝsizliyinin sığortası mövqeyindǝ olan “HİK” növ tǝyyarǝ dǝ tǝhlükǝsizlik sahǝsindǝ F-16 qırıcıları ilǝ birlikdǝ vǝzifǝdǝ olacaq.
“HİK” növ tǝyyarǝlǝrin üzǝrindǝ yeni nǝsil 360 dǝrǝcǝlik görmǝ qabiliyyǝtinǝ sahib sabit bir radar var.
Coğrafi maneǝlǝrdǝn tǝsirlǝnmǝdǝn yüzlǝrlǝ kilometrlik sahǝyǝ nǝzarǝt edǝ bilǝn bu tǝyyarǝlǝr elektron qarışdırma vǝ aldatma qabiliyyǝtinǝ dǝ sahibdir.
Havada yanacaq maddǝ qǝbul etmǝ qabiliyyǝtinǝ dǝ sahib “HİK” növ tǝyyarǝ 20 saat aramsız uça bilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr