"Qǝrb dünyası DEAŞ-a göstǝrdiyi reaksiyanı PKK-ya göstǝrmir"

Baş nazir Әhmǝd Davudoğlu dünǝn axşam radǝlǝrindǝ Ankara Әsǝnboğa hava limanından ABŞ-na sǝfǝr edib.

391806
"Qǝrb dünyası DEAŞ-a göstǝrdiyi reaksiyanı PKK-ya göstǝrmir"

Baş nazir Әhmǝd Davudoğlu dünǝn axşam radǝlǝrindǝ Ankara Әsǝnboğa hava limanından ABŞ-na sǝfǝr edib.
Davudoğlu tǝşkil etdiyi mǝtbuat konfransında ABŞ-da keçirǝcǝyi görüşlǝr haqqında mǝlumat verǝrǝk deyib ki, DEAŞ-a qarşı göstǝrilǝn reaksiya Türkiyǝdǝ son iki ayda mülki vǝ tǝhlükǝsizlik qüvvǝlǝrinǝ yönǝldilmiş terror aktları hǝyata keçirǝn terror tǝşkilatı PKK-ya qarşı göstǝrilmǝdi. Bizim üçün terrorun nǝ dini nǝ dǝ etnik xüsusiyyǝti ola bilǝr. Terrora qarşı bütün beynǝlxalq alǝmin eyni qǝti qǝrarı göstǝrmǝsinin vacibliyini keçirǝcǝyim görüşlǝrdǝ dilǝ gǝtirǝcǝyǝm.
Davudoğlu qaçqınlar mǝsǝlǝsini dǝ BMT-nin gündǝminǝ salacağını qeyd edǝrǝk dünya liderlǝrinǝ mǝktub göndǝrdiyini açıqlayıb.
Türkiyǝ, ABŞ vǝ Avropa İttifaqı arasında üçlü mǝxanizm qurulmasını tǝklif etdiklǝrini bildirǝn Baş nazir deyib ki, bunu daha öncǝ dǝ Almaniya kanslǝri Merkelǝ bildirdim. Belǝ bir ortaq mǝxanizm üçün Türkiyǝ olaraq bir layihǝ hazırladıq. Bunlar hökmǝt rǝhbǝrlǝrinǝ çatdırıldıb.
Davudoğlu BMT-dǝ Fǝlǝstin Dövlǝti rǝhbǝri Mahmud Abbasla Fǝlǝstin bayrağını dalğalandıracaqlarını da sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr