Dövlǝt başçısı Әrdoğan terror hücumlarını sǝrt dillǝ pislǝyib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan universitetlǝrin rektorlarını qǝbulunda terror hücumlarını sǝrt dillǝ pislǝyib.

376510
Dövlǝt başçısı Әrdoğan terror hücumlarını sǝrt dillǝ pislǝyib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan universitetlǝrin rektorlarını qǝbulunda terror hücumlarını sǝrt dillǝ pislǝyib.
Hǝyata keçirilǝn son ǝmǝlliyatlarla minlǝrlǝ terrorçunun mǝhv edildiyini vurğulayan Әrdoğan deyib ki, bugünǝdǝk Türkiyǝ çox ciddi problemlǝrin öhdǝsindǝn gǝlmişdir, terror mǝsǝlǝsini dǝ hǝll edǝcǝkdir. Millǝtimizi Anadolu coğrafiyasından çıxarmaq istǝyǝnlǝr hǝr zaman mǝğlub olublar, vahidliyimizǝ zǝrǝr vermǝk istǝyǝnlǝrin axırı da eyni olub.
Terror tǝşkilatı PKK-nın vǝ digǝr terror tǝşkilatlarının hücumlarını açıq şǝkildǝ pislǝmǝyǝnlǝri sǝrt şǝkildǝ tǝnqid edǝn Dövlǝt başçısı qeyd edib ki, bunların bu ölkǝ ilǝ vǝ bu millǝtlǝ ǝlaqǝlǝrindǝ problem vardır.
Hǝll prosesindǝ açılan ǝllǝrǝ cavab verilmǝdiyini vurğulayan Әrdoğan terror tǝşkilatının yenidǝn ǝlinǝ silah alaraq hǝll yolu prosesini sona çatdırdığını söylǝyib.
Әrdoğan “Prosesi sona çatdıran terror tǝşkilatı vǝ onunla ǝlaqǝsi olan siyasi xadimlǝr olub.” deyǝ bildirib.
Dövlǝtin bütün gücü ilǝ terror tǝşkilatının ölkǝ daxili vǝ xaricindǝki fǝaliyyǝtlǝrinin aradan qaldırılması mǝqsǝdilǝ cǝhdlǝrini davam etdirdiyini vurğulayan Dövlǝt başçısı qeyd edib ki, indiyǝdǝk tǝşkilata ölkǝ daxilindǝ vǝ ölkǝ xaricindǝ çox ciddi zǝrǝrlǝr verildi. Ortaya çıxan son vǝziyyǝt ǝsasǝn bir qǝdǝr dǝ bundan mǝnbǝlǝnǝn panikadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr