"Yunanıstan Avrozona ölkǝlǝrinǝ zǝmanǝt vermǝlidir", F.Olland

Fransa prezidenti Fransua Olland Yunanıstanın yenidǝn Avrozona ölkǝlǝrinin etimadını qazana bilmǝsi üçün dǝqiq vǝ ǝsaslı bir iqtisadi islahat planı tǝqdim etmǝsinin vacibliyini bildirib.

338189

Sloveniyanın Baş naziri Miroslav Cerra ilǝ keçirdiyi görüşdǝn sonra jurnalistlǝrin Yunanıstanla bağlı suallarına cavab verǝn Olland deyib ki, Yunanıstan yenidǝn Avrozona ölkǝlǝrinin etimadını qazana bilmǝk üçün dǝqiq vǝ ǝsaslı bir iqtisadi islahat planı tǝqdim etmǝlidir. Fransa bu sahǝdǝ Yunanıstana lazımı yardımı göstǝrmǝyǝ hazırdır.
Holland Yunanıstanın Avrozanada qalmasının lehinǝ olduqlarını bir daha dilǝ gǝtirǝrǝk bu mövzudakı ǝn önǝmli mǝsuliyyǝtin yunanlarda olduğu barǝdǝ xǝbǝrdarlıq edib.
TF1 televiziya kanalına müsahibǝ verǝn sabiq prezident vǝ mǝrkǝzi sağ partiya Cümhuriyyǝtçilǝrin lideri Sarkozi isǝ Yunanıstan ilǝ kreditorlar arasında bir razılıq ǝldǝ olunması üçün vacib olan addımların atılmasını istǝyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr