Yunanıstanda hökumətə dəstək nümayişi

İflas prosesinə daxil olan Yunanıstanda referendum öncəsi durum daha da gərginləşib.

329799
Yunanıstanda hökumətə dəstək nümayişi

İflas prosesinə daxil olan Yunanıstanda referendum öncəsi durum daha da gərginləşib.
Referendumda hökumətin müzakirələrdəki mövqeyini dəstəkləyən təxminən 5 min insan paytaxt Afinada parlament binasının qarşısında nümayiş təşkil edib.
Referendumda kreditorların "bəli" səsi üçün təzyiq göstərdiyini iddia edən nümayişçilər xalqı "xeyr" cavabını verməyə çağırıb.
Yunanıstan baş naziri Aleksis Çipras xalqı sakitləşdirməyə cəhd edən açıqlamalar versə də ölkədə böyük bir narahatlıq hökm sürür.
Bankların həftə boyu bağlı qaldığı və bankamatlardan gündəlik 60 avro çəkilməsinin mümkün olduğu ölkədə xalq çətinliklərlə üz-üzə qalıb.
Xatırladaq ki, yunanlar bazar günü kreditoların irəli sürdüyü təklifləri qəbul və ya rədd etmək üçün səs verəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr