NATO ilǝ Rusiya arasında mübahisǝ böyüyür

NATO-ya üzv ölkǝlǝrin müdafiǝ nazirlǝri Brüsseldǝ alyansın yeni müdafiǝ strategiyalarını müǝyyǝn etmǝk mǝqsǝdilǝ yığıncaq keçirib.

319508
NATO ilǝ Rusiya arasında mübahisǝ böyüyür

NATO yeni müdafiǝ strategiyalarının detallarını müzakirǝ etmǝk üçün Brüsseldǝ yığıncaq keçirǝrkǝn Rusiya da Qǝrbǝ yönǝldilmiş embarqo qǝrarlarının müddǝtini 2016-cı il iyun ayınadǝk uzatmağı qǝrara alıb.
NATO-ya üzv ölkǝlǝrin müdafiǝ nazirlǝri Brüsseldǝ alyansın yeni müdafiǝ strategiyalarını müǝyyǝn etmǝk mǝqsǝdilǝ yığıncaq keçirib.
Yığıncağın ilk günündǝ NATO-nun Rusiya ilǝ yeni bir silahlanma yarışı başlatma niyyǝtindǝ olmadığı açıqlanıb, ancaq ortaq müdafiǝ gücünün 13 mindǝn 40 minǝ çıxarılmasının gündǝmdǝ olduğu bildirilmişdi.
Rusiya isǝ qǝrb ölkǝlǝrinin kǝnd tǝsǝrrüfatı mǝhsullarının idxalına qoyduğu embarqo qǝrarının müddǝtini 2016-ci il iyun ayına qǝdǝr uzatdığını açıqlayıb.
Avropa İttifaqının bu hǝftǝ Rusiyaya yönǝldilmiş sanksiya qǝrarını 2016-cı il yanvar ayınadǝk uzatma qǝrarı qǝbul etmǝsindǝn sonra Rusiyanın da öz embarqo qǝrarlarının müddǝtini artıracağı gözlǝnilirdi.
Yığıncağın bugün keçirilǝcǝk ikinci hissǝsindǝ Ukrayna böhranı vǝ Rusiya ilǝ bağlı məsələlər müzakirǝ edilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr