Çavuşoğlunun "Avropa günü" ilǝ ǝlaqǝli açıqlaması

Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu “Avropa günü” münasibǝtilǝ açıqlama yayımlayıb.

268274
Çavuşoğlunun "Avropa günü" ilǝ ǝlaqǝli açıqlaması

Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu “Avropa günü” münasibǝtilǝ açıqlama yayımlayıb.
Nazir tarixi keçmişi vǝ gǝlǝcǝklǝ bağlı tǝsǝvvürlǝri baxımından Türkiyǝnin strateji seçimi olan Avropa İttifaqına qatılma mövzusunda fǝaliyyǝtlǝrini davam etdirdiyini, müxtǝlif sahǝlǝrdǝ hǝyata keçirilǝn islahatların mövzuya dair qǝti mövqeyimizin vǝ güclü iradǝmizin işarǝsi olduğunu bildirib.
Mevlüt Çavuşoğlu açıqlamasında deyib ki, Avropa İttifaqı daxilindǝ köç əleyhdarlığı, xarici düşmǝnçiliyi vǝ islamofobiyanın güclǝnmǝsi qarşısında Birliyin “müxtǝliflik daxilindǝ vahidlik” ǝsasına uyğun tǝdbirlǝr görmǝsinǝ ümid edirik. Avropanın vahidliyi prosesinin daha da güclǝndirilǝrǝk davam etdirilmǝsini istǝyirik vǝ Türk xalqı ilǝ Avropa xalqlarını “Avropa günü” münasibǝtilǝ tǝbrik edirik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr