Türkiyǝnin ABŞ, Almaniya vǝ Fransa prezidentlǝrinǝ cavabı

Türkiyǝ, ABŞ prezidenti Obama, Almaniya prezidenti Qauk vǝ Fransa prezidenti Ollandın 1915-ci il hadisǝlǝri ilǝ bağlı mövqelǝrinǝ yazılı olaraq da cavab verib.

249061
Türkiyǝnin ABŞ, Almaniya vǝ Fransa prezidentlǝrinǝ cavabı

Türkiyǝ, ABŞ prezidenti Obama, Almaniya prezidenti Qauk vǝ Fransa prezidenti Ollandın 1915-ci il hadisǝlǝri ilǝ bağlı mövqelǝrinǝ yazılı olaraq da cavab verib.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisǝlǝri ilǝ bağlı bǝyanatına münasibǝt bildirilǝrǝk deyilib ki, yaşananların ermǝnilǝr qǝdǝr türk xalqı üçün dǝ hǝssas olduğu bir hǝqiqǝtdir, ancaq Obamanın bǝyanatında buna tǝktǝrǝfli yanaşılıb. Belǝ bir yanaşmanı qebul etmirik. Bu tarixi mǝsǝlǝdǝ hǝr kǝsi mǝntiqli rǝftar etmǝyǝ çağırırıq vǝ uzatdığımız dostluq ǝlinǝ müsbǝt cavab alacağımıza ümid edirik.
Açıqlamada, türklǝrlǝ ermǝnilǝrin barışmalarına gedǝn yola ǝdalǝtli şǝkildǝ dǝstǝk olacaq hǝr ölkǝnin bu dostluq layihǝsinin ortaqları olaraq tarixdǝki yerlǝrini alacağı da vurğulanıb.
Almaniya prezidenti Qaukun 1915-ci il hadisǝlǝrinǝ dair sözlǝri üçün isǝ Xarici İşlǝr Nazirliyinin açıqlamasında deyilib ki, prezident Qauk hüquqa vǝ tarixi hǝqiqǝtlǝrǝ zidd şǝkildǝ, türk xalqını törətmədiyi cinayətdə təqsirləndirə bilmǝz. Almaniyanın nəhəng türk icması bu kimi ittihamlar qarşısında susmayacaq. Türk xalqı prezident Qaukun bəyanatlarını unutmayacaq və bağışlamayacaq.
Açıqlamada o da qeyd edilib ki, yaxın günlǝrdǝ 1915-ci il hadisǝlǝri barǝdǝ bir qǝrar layihǝsini müzakirǝ etmǝyi planlaşdıran Almaniya Federal Mǝclisinin bu tarixi mövzuda tǝrǝfsiz vǝ tǝsisedici bir mövqe göstərməsini vǝ türk-alman ǝlaqǝlǝrinǝ uzun müddǝt mǝnfi tǝsirlǝri olacaq bir yanaşma ortaya qoymamasını dilǝyirik.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında Fransa prezidenti Ollandın bu mǝsǝlǝ ilǝ bağlı mövqeyinǝ dǝ toxunulub. “Olland ermǝnilǝrin iddialarına dǝstǝyini bir daha dilǝ gǝtirib. Fransanın nahaq vǝ ermǝni tǝrǝfinǝ verdiyi dǝstǝyini qǝbul etmirik vǝ qınayırıq”, deyǝ açıqlamada vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr