"Beynǝlxalq koalisiyanın DAİŞ-ǝ qarşı hava hücumu başlatmasını g

İraq prezidenti Fuad Mǝsum ABŞ başçılığındakı beynǝlxalq koalisiyanın DAİŞ-ǝ qarşı hava hücumu başlatmasını gözlǝdiklǝrini bildirib.

281137
"Beynǝlxalq koalisiyanın DAİŞ-ǝ qarşı hava hücumu başlatmasını g

İraq prezidenti Fuad Mǝsum ABŞ başçılığındakı beynǝlxalq koalisiyanın DAİŞ-ǝ qarşı hava hücumu başlatmasını gözlǝdiklǝrini bildirib.
Bağdadda yerlǝşǝn prezidentlik sarayında açıqlama verǝn Fuad Mǝsum, beynǝlxalq koalisiya qüvvǝlǝrinin pilotsuz döyüş tǝyyarǝlǝrilǝ kǝşfiyyat uçuşları hǝyata keçirdiklǝrini xatırladaraq deyib ki, ǝlimizdǝki hǝsabatlara ǝsasǝn hava zǝrbǝlǝrinin başladılmasını gözlǝyirik.
Digǝr tǝrǝfdǝn, Vaşinqton İraq ordusuna Tikrit üzǝrindǝ hǝyata keçirilǝn uçuşlarla kǝşfiyyat dǝstǝyi verdiyini bildirib.
Amerikalı hǝrbi rǝsminin açıqlamasına ǝsasǝn İraq hökumǝtinin istǝyinǝ görǝ beynǝlxalq koalisiya qüvvǝlǝri martın 21-dǝ Tikritdǝ kǝşfiyyat uçuşlarını başladıb. Hal-hazırda da bu dǝstǝyi ABŞ tǝmin edir.
İraq ordusundan 30 mindǝn artıq hǝrbçi vǝ könüllü silahlılar, ölkǝnin sabiq lideri Sǝddam Hüseynin doğulduğu şǝhǝr olan Tikrit ǝtrafındakı kǝnd vǝ qǝsǝbǝlǝri DAİŞ-dǝn geri qaytarsa da şǝhǝr mǝrkǝzindǝ irǝlilǝyiş ǝldǝ edilǝ bilmǝyib. Ordu keçǝn hǝftǝ dinc ǝhalidǝn ölümlǝrin artmasının qarşısını almaq mǝqsǝdi ilǝ Tikrit şǝhǝrinǝ yönǝldilmiş ǝmǝliyyatı dayandırdığını açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr