Suriya müxalifət qüvvələrinin hazırlığına dair saziş imzalanıb

Türkiyə ilə ABŞ arasında Suriya müxalifət qüvvələrinin hazırlığına dair saziş imzalanıb.

224920
Suriya müxalifət qüvvələrinin hazırlığına dair saziş imzalanıb

Türkiyə ilǝ ABŞ arasında Suriya müxalifət qüvvələrinin hazırlığına dair saziş imzalanıb.
Saziş mǝtni Xarici İşlǝr Nazirliyi müşaviri Feridun Sinirlioğlu və ABŞ-ın Türkiyədəki səfiri Con Bass tərəfindən imzalanıb.
Sinirlioğlu, sǝnǝdin iki ölkǝ arasındakı strateji ortaqlıq çǝrçivǝsindǝ atılmış önǝmli bir addım olduğuna diqqǝt çǝkib. O bildirib ki, hǝlǝ görülǝsi çox işlǝr var. Qonşu coğrafiyamızda vǝ dünyanın müxtǝlif yerlǝrindǝ böhranlar davam edir. Ölkǝlǝr arasındakı bu cür ortaq layihǝlǝr böyük ǝhǝmiyyǝt daşıyır.
Sǝfir Con Bass da deyib ki, ortaq fǝaliyyǝtlǝr bizi daha güclü hala gǝtirir. Ortaqlığımızı güclǝndirmǝ imkanı yaradan hǝr rǝsmi sǝnǝd, hǝm bizi hǝm dǝ bölgǝmizi daha yaxşı mövqeyǝ gǝtirib çıxarır. Hǝlǝ görülǝsi çox işlǝrimizin olduğu barǝdǝ dǝ hǝmfikirǝm.
Türkiyǝ vǝ ABŞ-ın ortaq hǝyata keçirǝcǝyi proqramın yaxın günlǝrdǝ başlayacağı nǝzǝrǝ alınıb.
Diplomatik mǝnbǝlǝr proqramın mǝqsǝdinin Suriyada Cenevrǝ sazişi ǝsasında gǝrçǝk bir siyasi dönüşün hǝyata keçirilmǝsi olduğunu bildiriblǝr.
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu da, “Expo 2016 Antalya” tǝdbirindǝn sonra açıqlama verǝrǝk deyib ki, tǝlim keçib hazırlaşan qüvvǝlǝr hǝm rejim ünsürlǝri hǝm dǝ terror tǝşkilatı “DAİŞ” vǝ bölgǝdǝki terror tǝşkilatları ilǝ mübarizǝ edǝcǝklǝr.
Çavuşoğlu, imzalanan sǝnǝdin detalları haqqında daha sonra açıqlama verilǝcǝyini bildirib.
ABŞ Dövlǝt Departamentinin sözcüsü Can Psaki dǝ imzalanan sǝnǝd haqqında deyib ki, Türkiyǝ ilǝ aramızdaki ortaqlıqdan mǝmnun olduğumuzu vǝ bu planı hǝyata keçirmǝyi sǝbirsizliklǝ gözlǝdiyimizi bildirmǝk istǝyirǝm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr