Merkelin telefon diplomatiyası

Almaniya kansleri Merkel, Fransa prezidenti Olland, Ukrayna prezidenti Poroşenko vǝ Rusiya prezidenti Putin ilǝ telefonla danışıb.

223754
Merkelin telefon diplomatiyası

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Poroşenko vǝ Rusiya prezidenti Vladimir Putin ilǝ telefonla danışıb. Görüşdǝ Ukraynadakı vǝziyyǝtdǝn danışılıb.
Almaniya hökumǝt nümayǝndǝsi Şteffan Saybertin yazılı açıqlamasında, görüşdǝ, Debaltsevedǝ atǝşkǝs sazişinin pozulmasına baxmayaraq, Minsk sazişinǝ sadiq olunacağı vurğulanıb.
Fevralın 12-dǝ Minskdǝ keçirilǝn görüşdǝ qǝrara alındığı kimi ǝtraflı atǝşkǝsin tǝtbiq edilmǝsi vǝ ATӘT müşahidǝçilǝrinin ağır hǝrbi texnikanın geri çǝkilmǝsinǝ nǝzarǝt etmǝsinin vacibliyi vurğulanıb.
Mǝhkumların mübadilǝsinin başladılmasının da vacib olduğu vǝ Putinin bu mövzuyla bağlı separatçılar üzǝrindǝki nüfuzundan istifadǝ edǝcǝyini söylǝdiyi bildirilib.
Almaniya, Fransa, Ukrayna vǝ Rusiya xarici işlǝr nazirlǝrinin gǝlǝcǝk günlǝrdǝ Minskdǝ hazırlanan tǝdbir paketi haqqında görüş keçirǝcǝklǝri qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr