Öldürülǝn 3 müsǝlman gǝnc üçün anım mǝrasimlǝri keçirilir
3 müsǝlman gǝncin ABŞ-ın Şimali Karolina ştatında öldürülmǝsi, İslam alǝmindǝ dǝrin kǝdǝr yaradıb.
3 müsǝlman gǝncin ABŞ-ın Şimali Karolina ştatında öldürülmǝsi İslam alǝmindǝ dǝrin kǝdǝr yaradıb.
Öldürülǝn gǝnclǝr üçün müxtǝlif ölkǝlǝrdǝ anım mǝrasimlǝri keçirilir.
Mәrhumlar Avstriyanın paytaxtı Vyanada müsǝlman qeyri hökumǝt tǝşkilatları tǝrǝfindǝn Qraben bölgǝsindǝ tǝşkil edilǝn vǝ 400-ǝ yaxın insanın qatıldığı mәrasimdә dualarla anılıblar.
Tǝdbirdǝ çıxış edǝnlǝr Qǝrb mediası vǝ siyasi xadimlǝrin bu qǝtliama sǝssiz qalmalarını tǝnqid ediblǝr.
Öldürülǝn gǝnclǝr Hollandiyada da anılıblar. Minah adlanan Müsǝlman Qadınlar Tǝşkilatının paytaxt Amsterdamda tǝşkil etdiyi anım mәrasimindә türk vǝ mǝrakeşlilǝrlǝ yanaşı aralarında hollandiyalıların da olduğu xeyli insan iştirak edib.
Mәrasimdә Qurani Kǝrimdǝn ayǝlǝr oxunaraq öldürülǝn gǝnclǝr üçün dualar edilib.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.