Konfransında Ukrayna böhranı əsas müzakirə mövzusu olub
Beynǝlxalq tǝhlükǝsizliyǝ dair mövzular, Almaniyanın Münhen şǝhǝrindǝ müzakirǝ edilir.
Beynǝlxalq tǝhlükǝsizliyǝ dair mәsәlәlәr Münhendǝ müzakirǝ edilir.
Almaniyanın Münhen şәhәrindә keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Ukrayna böhranı əsas müzakirə mövzusu olub.
Konfransın açılış iclasında çıxış edǝn NATO-nun baş katibi Yens Stoltenberq tәrәflәri Ukraynada silahlı toqquşmalara tǝcili son qoymağa çağırıb.
Almaniyanın müdafiə naziri Ursula von der Leyǝn isә, Ukrayna ordusuna silah yardımı edilmǝsinǝ qarşı olduqlarını vurğulayıb.
Konfrans çǝrçivǝsindǝ ABŞ Dövlǝt katibi Con Kerri Körfǝz Ölkǝlǝri xarici işlǝr nazirlǝri ilǝ bir araya gǝlib.
Görüşdǝ Körfǝz ölkǝlǝri ABŞ vǝ beynǝlxalq ictimaiyyǝtdǝn Yǝmǝn mәsәlәsindә daha ciddi addımlar atmalarını istǝyib.
Kerri İran xarici işlǝr naziri Cavat Zǝriflǝ dǝ bir araya gǝlib.
Görüşdǝ Kerri mart ayının sonunadәk İranın nüvǝ proqramı böhranının siyasi hǝll yolunun tapılmasının vacibliyini dilǝ gǝtirib.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.