51-ci Münhen Təhlükəsizlik Konfransı başlayır
Konfransa 20-dən çox dövlət və hökumət başçısı, 60-dan artıq ölkənin xarici işlər və müdafiə nazirləri, 400-dən çox tanınmış siyasətçi qatılacaq.
Konfransa 20-dən çox dövlət və hökumət başçısı, 60-dan artıq ölkənin xarici işlər və müdafiə nazirləri, 400-dən çox tanınmış siyasətçi qatılacaq.
Konfransda Almaniya kansleri Angela Merkel, Finlandiya prezidenti Sauli Ninistö, Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Tomas Henrik İlves, İraqın baş naziri Əl-Abadi, Litva baş naziri Tammam Salam, NATO baş katibi Yens Stoltenberq, Avropa parlamentinin prezidenti Martin Şultz, Rusiya xarici işlər naziri Sergey Lavrov və digərləri iştirak edəcəklər.
51-ci Münhen Təhlükəsizlik Konfransının əsas mövzusu Ukrayna məsələsindә beynəlxalq nizamın pozulması və onun Avropanın təhlükəsizliyinə təsiri, habelə Orta Asiyadakı vəziyyət olacaq. İranın “nüvǝ dosyesi”, qaçqınlar problemi və terrorizmə qarşı mübarizə kimi məsələlər də diqqətdə saxlanılacaq.
Konfransın bu ilki başlığı isǝ “ Sülh vǝ Dialoq”dur.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.