Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddǝtini uzadıb

Avropa İttifaqına üzv ölkǝlǝrin xarici işlǝr nazirlǝri Rusiya vǝ separatçılara qarşı sanksiya qǝrarının müddǝtinin daha 6 ay uzadılmasına dair qǝrar qǝbul edib.

202179
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddǝtini uzadıb

Avropa İttifaqına üzv ölkǝlǝrin xarici işlǝr nazirlǝri Rusiya vǝ separatçılara qarşı sanksiya qǝrarının müddǝtinin daha 6 ay uzadılmasına dair qǝrar qǝbul edib.
Buna görǝ, Rusiya Federasiyasının fiziki şǝxslǝrinǝ qarşı sanksiyaların müddǝti sentyabradǝk uzadılacaq.
Avropa İttifaqının Beynǝlxalq Әlaqǝlǝr vǝ Tǝhlükǝsizlik siyasǝti üzrǝ ali nümayǝndǝsi Federika Moqherini bir hǝftǝ ərzində Ukraynanın şərqindəki münaqişənin gərginləşməsində məsuliyyətli hesab edilən fiziki və hüquqi şəxslərin “qara siyahısı”nın genişləndirilməsinə dair təkliflər hazırlamağa göstəriş verildiyini bildirib.
Moqherini deyib ki, bu məsələ üzrə qərarın Avaropa İttifaqı Şurasının fevralın 9-da keçiriləcək iclasında veriləcəyi gözlənilir.
ABŞ, Avropa İttifaqı xaric işlǝr nazirlǝrinin sanksiyaların müddǝtinin uzadılmasına dair qǝrarını “müsbǝt addım” olaraq dǝyǝrlǝndirib.
ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki qǝrarın Ukraynadakı son hadisǝlǝrin qǝti olaraq qǝbul edilmǝyǝcǝyinin bir sübutu olduğuna diqqǝt çǝkib vǝ sanksiya siyahısına yeni şǝxslǝrin ǝlavǝ edilǝ bilǝcǝyini bildirib.
Bu arada, Brüsseldǝ NATO vǝ Avropa İttifaqında görüşlǝr keçirǝn Ukrayna Xarici işlǝr naziri Pavlo Klimkin NATO Qǝrargahında Baş katib Jens Stoltenberg ilǝ bir araya gǝlib.
Klimkin Stoltenbergǝ Ukraynanın yanında olduğuna görǝ tǝşǝkkür edib vǝ dinc ǝhali arasında ölüm hallarına diqqǝt çǝkǝrǝk deyib ki, bunda mǝsuliyyǝti olanlar beynǝlxalq cinayǝt mǝhkǝmǝsindǝ cavav vermǝlidir.
Rusiyanı bir daha separatçılara verdiyi dǝstǝyi dayandırmağa çağıran Stoltenberg Minsk müqavilǝsi ǝsasında atǝşkǝsin tǝmin edilmǝsi üçün NATO-nun vasitǝçiliyini davam etdirǝcǝyini deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr