İtaliya Baş naziri Ankarada sǝfǝrdǝ olub

Paytaxt Ankarada ilk olaraq Anıtqǝbiri ziyarǝt edǝn İtaliya Baş naziri Matteo Renzi, daha sonra Baş nazir Әhmǝt Davudoğlu tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb.

145350
İtaliya Baş naziri Ankarada sǝfǝrdǝ olub

Paytaxt Ankarada ilk olaraq Anıtqǝbiri ziyarǝt edǝn İtaliya Baş naziri Matteo Renzi, daha sonra Baş nazir Әhmǝt Davudoğlu tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb.
Davudoğlu, tǝkbǝtǝk vǝ heyǝtlǝr arası görüşlǝrdǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat toplantısında deyib ki, Türkiyǝ vǝ İtaliya, iki dost müttǝfiq ölkǝ olaraq ortaq bir perspektivǝ sahibdir. Gǝlǝcǝk illǝrdǝ bu ǝmǝkdaşlığın hǝm iki ölkǝ xalqına hǝm dǝ Aralıq dǝnizi vǝ Avropaya, beynǝlxalq sülhǝ dayaq olacağına inanırıq.
Hökumǝtlǝr arasında ortaq kabinǝt toplantısı tǝrzindǝ bir mǝxanizm başlatdıqlarını xatırladan Baş nazir Davudoğlu, bu toplantıların üçüncüsünün dǝ Trükiyǝdǝ keçirmǝyi planlaşdırdıqlarını deyib.
Regional problemlǝr çǝrçivǝsindǝ isǝ xüsusilǝ Liviya mǝsǝlǝsinin görüşlǝrdǝ önǝmli gündǝm maddǝsi olduğuna işarǝ edǝn Davudoğlu, “Liviyada sülh vǝ sabitlik, Türkiyǝ, İtaliya vǝ Aralıq dǝnizi üçün böyük ǝhǝmiyyǝt kǝsb edir.”deyib.
İtaliya Baş naziri Renzi dǝ, Türkiyǝnin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinǝ dair bildirib ki, İttifaqın Türkiyǝyǝ qapılarını daha qǝrarlı şǝkildǝ açması üçün sǝylǝrimizi davam etdirǝcǝyik.
Türkiyǝni G20 ölkǝlǝrinin növbǝti sǝdri olduğuna görǝ tǝbrik edǝn qonaq Baş nazir, Türkiyǝnin bu prosesdǝ sǝrmayǝ qoyuluşları vǝ inkişaf sahǝsindǝ böyük uğurlar ǝldǝ edǝcǝyinǝ inandığını ifadǝ edib.
Renzi, Liviyada dialoqun başladılması üçün cǝhd göstǝrmǝk mǝcburiyyǝtindǝ olduqlarını vǝ hǝm Liviyada hǝm dǝ Suriyada tǝrǝflǝrin tǝsisedici bir diolaq içǝrisindǝ olmasının vacibliyini dilǝ gǝtirib.
Daha sonra Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilǝn İtaliya Baş naziri, Baş nazir Davudoğlu ilǝ şam yemǝyindǝ yenidǝn bir araya gǝlib.
Qonaq Baş nazir, Ankarada görüşlǝrini başa vuraraq bu gün keçirilǝcǝk Türkiyǝ-İtaliya İş Forumuna qatılmaq mǝqsǝdi ilǝ İstanbula gedib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr