Brüsseldə NATO Xarici İşlər Nazirləri bir araya gəliblər

211419
Brüsseldə NATO Xarici İşlər Nazirləri bir araya gəliblər

Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təmsil etdiyi toplantıda, Əfqanıstan, Ukrayna və İŞİD terroru mövzuları müzakirə edilir.
2 gün davam edəcək toplantıya Əfqanıstan prezidenti Əşrəf Qani də qatılacaq. Yığıncaqda, Rusiya-Ukrayna sərhədində təhlükəsizlik böhranı, Şimal-şərq Avropada NATO-nun üzərinə götürəcəyi yeni missiyalar və bununla bağlı müdafiə xərclərinin artırılması da danışılacaq.
Suriya və İraqda artan İŞİD təhlükəsi isə çərşənbə günü xüsusi iclasda müzakirəyə qoyulacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr