Barroso, Putin’ə zəng edib

Jose Manuel Barroso, Ukrayna’da yaranan əhvalatlar səbəbiylə duyduğu nigarançılığı dilə gətirib

108088
Barroso, Putin’ə zəng edib

Barroso, Putin’ə zəng edib.
Avropa Birliği Komissiyası Sədri Jose Manuel Barroso, Rusiya Federasiyası’nın prezidenti Putin’ə zəng edərək Ukrayna’da yaranan əhvalatlar səbəbiylə duyduğu nigarançılığı dilə gətirib.
Avropa Birliği Komissiyası’ndan verilən yazılı açıqlamada bu barədə deyilib: İki lider arasındakı görüş səmimi şəkildə gerçəkləşib. Ukrayna’dakı hadisələr, Avropa Birliği’nin Şəriklik Sazişi ilə birlikdə Əhatəli Sərbəst Ticarət Sazişi’nin həyata keçirilməsi, Rusiya ilə Ukrayna arasındakı energiylə bağlı məsələlərə diplomatik və praqmatik şəkildə həll çarəsi tapılması cəhdlərinə tamamilə ziddir.
Cənab Barroso görüşdə, Rus hərbçilərinin Ukrayna’ya daxil olmasını və bu ölkənin torpaqları üstündə gerçəkləşdirdiği hücumlardan duyulan bərk narazılığı dilə gətirərək Rusiya’nın bu əməlini pisləyib. Barroso həmçinin, Ukrayna’nın və bölgənin sabitsizliğə düçar olmasının da Rusiya üçün bahaya başa gələcəğini açıq-aşkaranə dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr