ABŞ Rusiya’nı ittiham edib

ABŞ verdiği açıqlamasında Rusiya’nı Ukrayna’ya hərbi hissə yollamaqla ittiham edib

107324
ABŞ Rusiya’nı ittiham edib

ABŞ verdiği açıqlamasında Rusiya’nı Ukrayna’ya hərbi hissə yollamaqla ittiham edib.
Barack Obama Ağ Ev’də keçirdiği mətbuat konfransındakı açıqlamasında deyib: Biz, Ukrayna üçün hərhansı hərbi addım atmayacayıq. Problem diplomatik yollardan həll edilməlidi.
ABŞ. NATO’ya müttəfiq olan bölgə ölkələri üçün öhdəliği nədirsə onu yerinə yetirəcəkdir.
Digər tərəfdən BMT Güvənlik Şurası da Ukrayna məsələsi üçün təcili yığıncaq keçirib. Yığıncaqda Rusiya Federasiyası nümayəndəsi ilə qərbli ölkələrin nümayəndələri arasında kəskin mübahisələr yaranıb.
Rusiya’nın nümayəndəsi Vitaly Churkin isə deyib ki; Ukrayna’da hərhansı Rus hərbçisi yoxdur, aAncaq könüllü dəstələr vardır. ABŞ, müstəqil ölkələrin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.
ABŞ’ın BMT nəzdindəki fövqəladə səfiri Samantha Power, Rusiya nümayəndəsini yalan danışmaqla ittiham edib.
Digər tərəfdən prəzidənt Putin, Ukrayna’dakı Rusiya tərəfdarı ayrılıqçılara çağırış edərək, ölkənin şərqində mühasirəyə saldıqları Ukraynalı hərbçilərin bölgədən ayrılmaları üçün bəşəri yardım koridoru açmalarını tələb edib


Etiketlәr:

Әlaqәli Xәbәrlәr