Thüringen Vilayəti Məclisi nəhai arayışını açıqlayıb

Thüringen Vilayəti’nin Məclis Araşdırma Komissiyası iki il yarım ərzində hazırladığı nəhai arayışını açıqlayıb

100317
Thüringen Vilayəti Məclisi  nəhai arayışını açıqlayıb

Almaniya’da 8’i Türkiyə vətəndaşı olmaqla 10 nəfəri qətlə yetirən irqçi Nasional Sosialist terror təşkilatının işlədiği cinayətləri araşdıran Thüringen Vilayəti’nin Məclis Araşdırma Komissiyası iki il yarım ərzində hazırladığı nəhai arayışını açıqlayıb. Arayış Thüringen Vilayəti Parlamenti’nin sədri Birgit Diezel’ə təhvil verilib.
Arayışda deyilib: Savçılar və siyasətçilər terrorçuların axtarılıb tapılması işində dəhşətli səhvlərə yol verib. Önəmli bilgilər gizlədilib və aparılan araşdırmalarda da insanı dəhşətə gətirən kəm-kəsirlər mövcuddur. Cinayətkarların axtarılması işinə təxribata yol verilmiş də olabilər.
Birgit Diezel, Almaniya Federal Məclisi’nin bu araşdırma komissiyasını yaradaraq məsələnin aydınlaşdırılmasında böyük iş gördüyünü söyləyib. O həmçinin deyib ki; bu arayış, dövlət işlərinin həmişə araşdırma mövzusu olabiləcəğini də göstərir.
Terror təşkilatının yaşayan yeganə üzvü Beate Zschaepe’nin davası davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr