ABŞ, Çinə reaksiya göstərib

ABŞ, Çinə aid döyüş təyyarəsinin beynəlxalq hava sahəsində bir Amerika patrul təyyarəsinə yaratdığı təhlükə barəsində, “təəsüf verici bir təxribat" sözləri ilə reaksiya verib

100633
ABŞ, Çinə reaksiya göstərib

ABŞ, Çinə aid döyüş təyyarəsinin beynəlxalq hava sahəsində bir Amerika patrul təyyarəsinə yaratdığı təhlükə barəsində, “təəsüf verici bir təxribat" sözləri ilə reaksiya verib.

Pentaqon sözçüsü John Kirby, jurnalistlərə verdiği açıqlamada “Çin döyüş təyyarəsinin 19 avqust günü Amerikan donanmasına aid P-8 Poseidon tipli təyyarəsinin təhlükəli şəkildə narahat edildiğini" bildirib. Kirby, hadisənin beynəlxalq hava sahəsində Hainan adasının təxminən 215 kilometr şərqində baş verdiğini qeyd edib.

Çin’ə aid təyyarənin bu hərəkətinin nə qədər təhlükəli və peşəkarlıqdan uzaq olduğuna dair güclü qayğıların Çinli səlahiyyətdar məqamlara çatdırıldığını ifadə edən Kirby, hadisənin Çin ilə hərbi əlaqələrin inkişaf etdirilməyə davam edilməsi səylərinə da zərər verdiğini bildirib. Kirby, Çin təyyarəsinin Amerikan donanmasına məxsus təyyarənin bir neçə dəfə çox yaxınından keçdiğini, hətta bir nöqtədə 30 feet (9 metr) qədər yaxınlaşdığını ifadə edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr