Suriyə’də Əsəd rejiminin törətdiyi kimyəvi qırğın İordaniya’da l

Suriyə’də Əsəd rejiminin, paytaxt Şam’ın Şərq Guta bölgəsində bir il əvvəl törətdiyi kimyəvi qırğın İordaniya’da lənətlənib

99849
Suriyə’də Əsəd rejiminin törətdiyi kimyəvi qırğın İordaniya’da l

Suriyə’də Əsəd rejiminin, paytaxt Şam’ın Şərq Guta bölgəsində bir il əvvəl törətdiyi kimyəvi qırğın İordaniya’da lənətlənib.

İordaniya’da yaşayan Suriyəlilər, Paytaxt Amman’da Suriyə səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Suriyə’də rejimin hələ də insanları öldürdüyünü ifadə edən nümayişçilər, Suriyə xalqına edilən zülmə insanlığın səssiz qaldığını vurğulayıblar.

Aksiyada, Şərq Guta bölgəsindəki kimyəvi partlamada ölən insanların şəkilləri və “bu zülmə qarşı susmayacağıq” ifadələri səsləndirilib.

Qeyd edək ki, Şərqi Guta’da istifadə olunan kimyəvi silah vasitəsilə əksəriyyəti qadın və uşaq olmaqla min 500-ə yaxın Suriyəli həyatını itirmişdi. Nəfəs alma və görmə çətinlikləri ilə xəstəxanalara yerləşdirilənlərin çoxu xəstəxanaların bombalanması nəticəsində müalicə olunmadan həyatlarını itirmişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr