Davudoğlu'nun namizədliyi ilə bağlı münasibətlər

Ədalət və İnkişaf Partiyasının Sədr müavinləri, Qrup sədrləri və millət vəkilləri Əhməd Davudoğlu'nun namizədliyinə öz münasibətlərini bildiriblər

99233
Davudoğlu'nun namizədliyi ilə bağlı münasibətlər

Ədalət və İnkişaf Partiyasının Sədr müavinləri, Qrup sədrləri və millət vəkilləri Əhməd Davudoğlu'nun namizədliyinə öz münasibətlərini bildiriblər.

Xarici işlər naziri Əhməd Davudoğlu'nun partiya sədri və Başnazirliyə namizədliyi partiya daxilində də müsbət qarşılanıb.
Sədr müavini Məmməd Əli Şahin "Nümayəndələrimizin dəstəyiylə 2-ci sədrimizi seşəcəyik" deyə bildirib.
Ədalət və İnkişaf Partiyasının qrup sədrini əvəz edən Əhməd Aydın da "Qüdrətli bir prezident, Sədr və Başnazir ilə 2023-ci il hədəfinə çatmağa tələsirik" deyib.
Partiyanın sədr müavini Abdulhəmid Gül isə, Davudoğlu adına dünya siyasətçilərinin, dünya liderlərinin aşina olduğunu və Türkiyə’nin yeni simasına uyğun bir ad olduğunu ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr