Pakistan 68 ildir müstəqil yaşayır

İngiltərə’nin müstəmləkəsi olan ölkə, Məhəmməd Əli Cinnah’ın rəhbərliğində 1947-ci ildə xilas olaraq öz müstəqilliğini elan edib

91478
Pakistan 68 ildir müstəqil yaşayır

Pakistan 68 ildir müstəqil yaşayır.
İngiltərə’nin müstəmləkəsi olan ölkə, Məhəmməd Əli Cinnah’ın rəhbərliğində 1947-ci ildə xilas olaraq öz müstəqilliğini elan edib. Ölkə daha çox hərbi hökumətlərlə idarə olunub, ancaq 2008-ci ildə Pərvez Müşərrəf vəzifəsindən istefaya çıxaraq yerini sivil hökümətə təhvil verib.
Başnazir Navaz Şərif, müstəqilliğin illiği mərasimində verdiği açıqlamasında deyib: Müstəqilliğimizi qazanmaqla xalqımız azad və təhlükəsiz bir atmosferdə yaşamağa başladı. Pakistan xalqı rifah atmosferinin hâkim olduğu, daimî inkişaf edən və sülhpərvər bir Pakistan üçün əlbir olub.
Pakistanlıların bir hissəsi isə azadlıqlarının məhdudlaşdırıldığını irəli sürərək mitinglər təşkil edir. Pakistan Xalq Hərəkatı və Quran Yolu Hərəkatı’nın lideri Tahir-ül Qədri, Pəncab vilayətinin paytaxdı Lahor’dan paytaxd İslamabad’a sarı yürüş başladıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr