15 milyon dollarlıq əməkdaşlıq sazişi

İstanbulda BMT–nin İnkişaf proqramının regional ofisi fəlaiyyət göstərəcək.

101833
15 milyon dollarlıq əməkdaşlıq sazişi

Türkiyə, BMT-nin İnkişaf Proqramı ilə birlikdə Müstəqil Dövlətlər Birliyi bölgəsinin inkişafı üçün 5 il qüvvədə olacaq 15 milyon dollarlıq bir əməkdaşlıq sazişinə imza atıb. Razılaşma BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark və xarici işlər naziri Əhməd Davudoğlu arasında ötən gün İstanbulda imzalanıb. Yaxın vaxtlarda İstanbulda BMT – nin İnkişaf proqramının regional ofisi fəlaiyyət göstərəcək. Davudoğlu, İstanbulda keçiriləcək üçüncü havalımanının təməlinin qoyulması ilə şəhərin dünyanın ən strateji mərkəzlərindən biri olacağını qeyd edərək, “Beynəlxalq təşkilatlar bununla üstünlük əldə edəcək, BMT üçün bu əhəmiyyətli bir imkan yaradacaq” deyib. İmzalanma mərasimindən sonra xarici işlər naziri Davudoğlu TİKA və UNDP-in ortaq təşkil etdiyi Beynəlxalq İnkişaf Əməkdaşlıq konfransında çıxış edib. Davudoğlu, Türkiyənin xarici siyasət strategiyasının sütununun inkişaf yardımlarının meydana gətirdiyini söyləyib. Bu çərçivədə TİKA-nın dünyada bir marka olduğunu deyən Davudoğlu, “Afrikada açılan hər quyuda, hər xəstəxanada aparılan katarakta göz əməliyyatlarında insanlar TİKA ilə bərabər Türkiyəni və UNDP-ni də yada salırlar” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr