Afrika Enerji Forumu

Afrika Enerji Forumu ötәn gün İstanbulda keçirilib.

99893
Afrika Enerji Forumu

 
Bir çox Afrika ölkəsinin nazirləri səviyyәsindә təşkil olunan Afrika Enerji Forumda, enerji sahəsində söz sahibi sektorların nümayəndələri də qatılıb.
Enerji və Təbii Sәrvәtlәr naziri Taner Yıldız, forumda etdiyi çıxışında, Afrikanın enerji qaynaqlarının Afrikalıların mәnfәәtlәri istiqamәtindә güclәndirilmәsinin böyük əhəmiyyət daşıdığını ifadə edərək, Türkiyənin bu mövzuda konstruktiv mövqedә olduğunu vurğulayıb.
Son 10 ildə Afrika ölkәlәri ilә әlaqәlәrini sıxlaşdıran bir neçə ölkədən birinin Türkiyə olduğunu deyәn nazir, qitəyə 2005-ci ildə 9 milyard dollar olan ixracat hәcminin 24 milyard dollara yüksәldiyini qeyd edib.
Afrikanın ciddi layihәlәr hәyata keçirmәyi gözlәyәn vә hədəflərini konkret olaraq müәyyәnlәşdirmiş bir qitə olduğunu ifadə edən Yıldız, iqtisadi böyümə və sürətli əhali artımının enerjiyә olan tәlәbatı artırdığı faktının nәzәrә alınmasının zәruri olduğunu, Türkiyənin bütün sektörleriyle bu sahәdәki mәsәlәlәrin hәllinә dәstәk olmaqda hazır olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr