“Parker Solar Probe” kosmik aparatı tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi

“Parker Solar Probe” kosmik aparatı tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi

2224970
“Parker Solar Probe” kosmik aparatı tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi

 

Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Parker Solar Probe” kosmik aparatı Günəşin səthinə 6,1 milyon kilometr yaxınlaşaraq tarixdə bir ulduza edilən ən yaxın uçuşu uğurla həyata keçirdi və 700 min kilometr/saat sürətlə öz sürət rekordunu qırdı. 

2023-cü il 26 dekabr tarixində Günəşin orbitinə yaxınlaşmasının ardından siqnal alan “Parker” Günəş atmosferinin və küləklərinin mənbələrini öyrənərək ulduzun maqnit sahəsi və plazma dinamikaları haqqında məlumat toplayacaq. Bundan əlavə, Günəş tacının isinmə səbəbləri və enerjili hissəciklərin sürət qazanma mexanizmlərini araşdıracaq. 

2018-ci ilin avqustunda buraxılan bu aparat 17-ci yaxın uçuşunda insan tərəfindən hazırlanmış ən sürətli obyekt adını qazanmışdı. 



Әlaqәli Xәbәrlәr