ÜST: Hər 7 gəncdən 1-də psixi sağlamlıq problemi var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus psixi sağlamlıq problemləri ilə bağlı "X" paylaşım edib.

2214909
ÜST: Hər 7 gəncdən 1-də psixi sağlamlıq problemi var

Dünyada hər 7 gəncdən 1-də psixi sağlamlıq problemi var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus psixi sağlamlıq problemləri ilə bağlı "X" hesabından paylaşım edib.

Qebreyesus paylaşımında dünyada hər 7 gəncdən 1-nin psixi sağlamlıq problemi olduğunu bildirərək, 15-29 yaş qrupunda intiharın 3-cü ölüm səbəbi olduğunu qeyd edib.

Baş katib bildirib ki, ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) rəhbərliyi hər bir ölkəni psixi sağlamlıq xidmətlərinə çıxışı və uşaqlar və gənclərə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmaq üçün ruhlandıra bilər.



Әlaqәli Xәbәrlәr