Uranda həyatı dəstəkləyə biləcək okeanlar
Elm adamları bildiriblər ki, Uran və onun peyklərində həyatı dəstəkləyə biləcək okeanlar ola bilər.
Elm adamları bildiriblər ki, Uran və onun peyklərində həyatı dəstəkləyə biləcək okeanlar ola bilər.
BBC-nin məlumatına görə, tədqiqatçılar 1986-cı ildə NASA-nın "Voyager 2" kosmik gəmisi tərəfindən toplanan məlumatları yenidən araşdırıblar.
Yeni araşdırmada "Voyager" məlumat toplarkən güclü bir günəş fırtınası səbəbiylə maqnit sahəsinin müvəqqəti olaraq pozulmuş ola biləcəyi vurğulanıb və bu, Uran sisteminin əslində necə olduğu ilə bağlı səhv təsbitlərə səbəb olub.
Planetin maqnit sahəsi okeanları və geoloji aktivliyi göstərən planetdən və onun peyklərindən çıxan qazları və digər maddələri tutsa da, maqnit sahəsi "Voyager 2" məlumatlarında görünməyib və bu, Uranda həyatın olmadığı fikrinə səbəb olub.
Bu çərçivədə, yeni analizdə Uran sistemində okeanlara dəlil təmin edən qazlar təsbit edilərkən, elm adamları bunun planetdə həyatın mümkünlüyünə işarə etdiyini irəli sürüblər.