Çində 100 min illik qalıqlar tapılıb
Çinin Guicou əyalətində yerləşən Asiyanın ən uzun, dünyanın isə üçüncü ən uzun mağarası olan Şuanxe mağarasında tapılan fosillər
Çində yerləşən Şuanxe mağarasında 100 min illik olduğu qeyd olunan panda fosillərinə rast gəlinib.
Çinin Guicou əyalətində yerləşən Asiyanın ən uzun, dünyanın isə üçüncü ən uzun mağarası olan Şuanxe mağarasında panda fosillərinə rast gəlindiyi bildirilib. 2003-cü ildən etibarən çox sayda qalıqların çıxarıldığı bu mağarada tapılan 46 nəhəng panda fosilinin 100 min illik olduğu qeyd edilib.
Geoloji möcüzə olaraq adlandırılan Şuanxe mağarasından çıxarılan qalıqların Buz Dövrünün sonunda nəhəng panda populyasiyasının genetik təkamül tarixini anlamaq üçün nadir bir nümunə təqdim edə biləcəyi düşünülür.
Әlaqәli Xәbәrlәr
Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb
Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb