Süni intellekt şirkəti yeni xüsusiyyətlərlə əlaqəli açıqlamalar edib

Açıqlamada yeni xüsusiyyətin gələn aylarda pulsuz versiya istifadəçilərinə də açılacağı bildirilib

2205595
Süni intellekt şirkəti yeni xüsusiyyətlərlə əlaqəli açıqlamalar edib

 

“OpenAI” şirkəti süni intellekt söhbət robotu “ChatGPT”də "SearchGPT" adlanan axtarış mühərriki xüsusiyyətini işə salıb. Şirkət tərəfindən edilən açıqlamada süni intellekt texnologiyasının artıq əvvəlkindən daha yaxşı şəkildə internetdə axtarış edə biləcəyi bildirilib. Əvvəllər sürətli cavab əldə etmək üçün bir axtarış mühərrikindən istifadə edilməli olduğuna işarə edilərkən artıq əlaqədar mənbələrə keçidlərin birbaşa proqram vasitəsilə əldə edilə biləcəyi qeyd olunub. “ChatGPT”nin soruşulan suala görə internetdə axtarış apara biləcəyi və ya veb axtarış simvoluna kliklənərək şəxsiləşdirilmiş axtarışın seçilə biləcəyi çatdırılıb. Axtarış funksiyasının “chatgpt.com” ünvanında, həmçinin masaüstü və mobil tətbiqlər halında mövcud olacağı bildirilib və bütün üst səviyyə  və “SearchGPT” gözləmə siyahısındakı istifadəçilərin bu yeni xüsusiyyətdən yararlana biləcəyi vurğulanıb. Açıqlamada yeni xüsusiyyətin gələn aylarda pulsuz versiya istifadəçilərinə də açılacağı bildirilib.

Hava proqnozu, birja, idman, xəbərlər və xəritələr kimi kateqoriyalar üçün yenilənmiş məlumatlar və vizual materiallar əlavə etmək məqsədilə təminatçılar ilə əməkdaşlıq qurulduğu, söhbətlərin artıq keçidlərlə göstəriləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr