Türk Dövlətləri Təşkilatı Rəqəmsal Forumu

Qırğızıstan prezidenti Sadir Caparovun himayəsi ilə Rəqəmsal Nazirliyin ev sahibliyi etdiyi 2 günlük forumda dövlət rəsmiləri, süni intellekt sahəsində aparıcı ekspertlər, diplomatlar, iş dünyası, akademiklər və İT ictimaiyyəti nümayəndələri iştirak edib

2196734
Türk Dövlətləri Təşkilatı Rəqəmsal Forumu
selcuk bayraktar kirgizistan.jpg
tdt kirgizistan dijital forumu.jpg
tdt kirgizistan dijital forumu.jpg

 

  Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Rəqəmsal Forumu işə başlayıb. Burada süni intellekt sahəsində ən son nailiyyətlər müzakirə olunur və təcrübələr paylaşılıb.

  Qırğızıstan prezidenti Sadir Caparovun himayəsi ilə Rəqəmsal Nazirliyin ev sahibliyi etdiyi 2 günlük forumda dövlət rəsmiləri, süni intellekt sahəsində aparıcı ekspertlər, diplomatlar, iş dünyası, akademiklər və İT ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  Tədbirdə Qırğızıstan Nazirlər Şurasının sədr müavini Edil Baysalov, Qırğızıstanın Rəqəmsal inkişaf naziri Nuriyyə Kutnayeva, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömuraliyev, Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Sadıq Doğan və Türkiyə Texnologiya Qrupu Fondu (T3 Vakfı) Rəyasət Heyətinin sədri Səlcuk Bayraktar məruzəçi olaraq qatılıblar.

  Qırğızıstan hökumətinin süni intellekt elementlərini tanıyıb tətbiq etməyə başladığını bildirən E.Baysalov deyib: "Bu rəqəmsal forumda Türk dövlətlərinin süni intellekt sahəsindəki təcrübələrini öyrənmək istəyirik".

  Baş katib K.Ömurəliyev “Türk dövlətləri üçün innovativ gələcək təmin etmək üçün əl-ələ verib işləməyə, ortaq baxışlarımızı bölüşməyə və bağlı qalmağa davam edək” deyə vurğulayıb.

  T3 Fondu Mütəxəssislər Şurasının sədri S.Bayraktar tədbirdə Türkiyənin aviasiya sahəsində keçmişdən bu günə gördüyü işlərdən, “Baykar”ın fəaliyyətindən və Türkiyə Texnologiya Fondu tərəfindən həyata keçirilən milli texnologiya hərəkatından danışıb.

  Süni intellektin insan həyatındakı rolundan bəhs edən Səlcuk Bayraktar Türkiyə Texnologiya Qrupunun türkcə böyük dil modeli T3 Aİ inkişaf etdirdiyini, bu il işə düşəcək sistemin insanlar üçün əlçatan olmasını istədiklərini söyləyib.  

  Forum çərçivəsində Qırğızıstanda süni intellektlə hazırlanan rəqəmsal məhsullar və ictimai xidmətlər təqdim edilib.



Әlaqәli Xәbәrlәr